Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib

Milli Kitabxananın direktoru beynəlxalq konfransda iştirak edib
20 aprel 2021
# 19:00

Aprelin 20-də Əhməd Zəki Validi adına Başqırdıstan Milli Kitabxanasının 185 illiyinə həsr olunmuş “Kitabxanalar mədəniyyət məkanında: ənənələr və yeniliklər” adlı beynəlxalq elmi və praktik konfrans keçirilib.

Kulis.az xəbər verir ki, konfransda Rusiya Federasiyası Dövlət Dumasının deputatı, fəlsəfə doktoru, professor Zuqura Raxmatullina, Başqırdıstan Respublikası mədəniyyət nazirinin müavini Ranis Altınbayev, B.N.Yeltsin adına Prezident Kitabxanasının informasiya resursları üzrə direktoru Yelena Jabko, həmin kitabxananın xarici əlaqələr üzrə direktoru Aleksey Vorobyov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Milli kitabxanalarının rəhbərləri, Başqırdıstan Respublikasının milli və regional kitabxanalarının nümayəndələri və digərləri çıxış ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov əvvəlcə Başqırdıstan Milli Kitabxanasını 185 illik yubileyi münasibətilə təbrik edib. Bildirib ki, Başqırdıstan Milli Kitabxanasının 185 illik səmərəli fəaliyyəti, özlüyündə başqırd xalqının mədəniyyət tarixinin ən parlaq səhifəsidir. Başqırdıstan Milli Kitabxanası yalnız əvəzolunmaz bir mədəniyyət mərkəzi deyil, həm də ölkənin kitabxana və informasiya sistemində əhəmiyyətli rol oynayan aparıcı məlumat mərkəzidir. Kitabxana çətin bir formalaşma və tərəqqi yolu keçib və haqlı olaraq milli mədəni irsin, düşüncə, bilik xəzinəsinin qoruyucusu adlandırıla bilər.

K.Tahirov Başqırdıstan Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlıqdan bəhs edərək 10 il bundan əvvəl bu əməkdaşlığın başqırd xalqının böyük oğlu, görkəmli türkoloq alim Əhməd Zəki Validinin yubileyi ilə əlaqədar TÜRKSOY-la birgə Bakıda keçirilən beynəlxalq konfransla başladığını bildirərək bu günədək davam etdiyini bildirib.

Milli Kitabxananın direktoru, həmçinin konfransda “Müasir dövrdə kitabxanalararası əməkdaşlıq: ənənələr və innovasiyalar” mövzusunda məruzə ilə çıxış edib. Vurğulayıb ki, kitabxanalar cəmiyyətin informasiya tələbatında mühüm əhəmiyyət kəsb edir. Kitabxanaların yeni texnologiyalar ilə təchizatı, müasir avadanlıqların tətbiqi oxucuların informasiya tələbatlarının operativ və dolğun ödənilməsində vacib amillərdən biri kimi çıxış edir.

Direktor bildirib ki, bu gün bütün dünyada kitabxanalarda ənənəvi formada xidmət dayandırılsa da, müasir texnologiyalar müxtəlif formatlarda kitabxana xidmətini davam etdirməyə imkan yaradır. Pandemiya şəraitində kitabxanaların fəaliyyət istiqaməti onlayn xidmətə çevrilib. Kitabxanaların üzərinə düşən əsas vəzifə elektron formada oxuculara xidmət etmək, cəmiyyətin informasiyaya olan tələbatını təmin etmək, insanlarda mütaliə mədəniyyətinin formalaşdırılmasını istiqamətləndirmək, kitaba olan marağı artırmaqdır. Professor qeyd edib ki, ölkəmizin əsas kitabxanaları xüsusi karantin rejimi ilə əlaqədar öz fəaliyyət istiqamətlərini şəraitə uyğun qurub.

Konfransda ümumən 21 məruzə dinlənilib və 40-dan çox məqalə olan materiallar toplusunda çap üçün qeydə alınıb.

# 1305 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 19 aprel 2024
Spilberqin yeni filminin mövzusu açıqlandı

Spilberqin yeni filminin mövzusu açıqlandı

17:40 19 aprel 2024
“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar”  mövzusunda ictimai müzakirə təşkil edildi

“Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edildi

16:30 19 aprel 2024
Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

Əməkdar İncəsənət xadimi Məmmədağa Umudovla görüş keçirildi

16:00 19 aprel 2024
“Sazlı, sözlü kəlağayı günləri”  silsilə tədbirlərlə davam edir

“Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edir

15:30 19 aprel 2024
Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

Oxucularını aldadan yazıçı, Əli Kərim sevdalısı qadın və yaddaşımızdakı şeirlər - Reportaj

15:00 19 aprel 2024
#
#
# # #