Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib

Nizami Gəncəvi haqda monoqrafiya nəşr edilib
12 aprel 2021
# 14:50

AMEA Gəncə Bölməsinin Rəyasət Heyətinin və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarlarına əsasən “Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” monoqrafiyası nəşr edilib.

Kulis.az xəbər verir ki, monoqrafiya dahi şairin yaradıcılığında Azərbaycan folklorunun və xalq mərasimlərinin araşdırılmasına həsr olunub. Əsərdə Nizami Gəncəvinin Azərbaycan şifahi xalq ədəbiyyatının dastan, nağıl, atalar sözləri və xalq məsəlləri, bayatılar kimi geniş yayılmış janrlarından məharətlə istifadə etdiyi göstərilir. Burada ilk dəfə Nizami Gəncəvi və xalq yaradıcılığı, Nizami irsində Azərbaycan mərasimləri və folklor motivləri elmi cəhətdən tədqiq edilib, böyük şairin xalq adət-ənənələrindəki bir çox incə təfərrüatları müxtəlif bədii vasitələrlə ifadə edildiyi araşdırılıb.

Monoqrafiya Nizami Gəncəvi irsini araşdıran tədqiqatçılar, filologiya ixtisasları üzrə təhsil alan tələbə və magistrantlar, doktorant və dissertantlar, həmçinin Nizami yaradıcılığına maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

# 1304 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #