Xalq rəsamımız Türkiyə televiziyasında

Xalq rəsamımız Türkiyə televiziyasında
12 aprel 2021
# 10:23

Türkiyənin “Bengü Türk” televiziya kanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı Xalq rəssamı Mikayıl Abdullayevin andan olmasının 100-cü ildönümünə həsr edilib.

Verilişin qonağı Azərbaycanın Əməkdar rəssamı, İstanbulun Yeditəpə Universitetinin müəllimi, professor Teymur Rzayev olub.

Müəllimi olan Mikayıl Abdullayevin xatirəsinə həsr olunan verilişdə qonaq olduğu üçün qürur hiss keçirdiyini bildirən Teymur Rzayev Xalq rəssamı haqqında xatirələrini bölüşüb, əsərləri haqqında geniş məlumat verib. Qeyd edilib ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İstanbul səfəri zamanı Teymur Rzayev şəxsi kolleksiyasından Xalq rəssamı Mikayıl Abdullayev tərəfindən çəkilən orijinal əsəri Şuşada açılacaq muzeyə hədiyyə edib.

Proqramda Mikayıl Abdullayev haqqında videoçarx və onun Nizami Gəncəvinin “Xəmsə”sindəki əsərlərə uyğun hazırlanan mozaikləri nümayiş etdirilib.

Verilişdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Xalq rəssamının andan olmasının 100-cü ildönümü münasibətilə Türkiyədə təşkil olunan tədbirlərdən bəhs edilib.

Xatırladaq ki, artıq iki ildən çoxdur Azərbaycan mədəniyyətini və tarixini Türkiyə tamaşaçısına yaxından tanıdan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı, həmyerlimiz jurnalist Səidə Ömərdir. /azertag.az/

# 1407 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
# # #