Novruz günlərində film təqdimatı olacaq

Novruz günlərində film təqdimatı olacaq
19 mart 2021
# 15:04

Azərbaycan Televiziyası Novruz bayramı günlərində yeni sənədli filmin təqdimatını edəcək.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, “Bir başqa yaz” adlı film Vətən müharibəsindən əvvəl cəbhəyanı kəndlərdə və şəhərlərdə sakinlərin həyat tərzindən, gündəlik yaşamından bəhs edir.

Filmdə münaqişə dövründə düşmənin atəşkəsi pozması nəticəsində ən çox ziyan çəkmiş rayon və kəndlərdə - Tovuzun Dondar Quşçu, Əlibəyli kəndlərində, Tərtərdə, Goranboyun Tapqaraqoyunlu kəndində çəkilişlər aparılıb.

“Bir başqa yaz” sənədli filmində müxtəlif sahələr üzrə fəaliyyət göstərən qəhrəmanların həyatı əks olunub. Onlar Vətən müharibəsindən əvvəlki və 4 ay sonrakı həyatını danışır.

Onlardan bəziləri Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində evsiz qalıb, Prezident İlham Əliyevin sərəncamları ilə onlar üçün evlər tikilib. Filmin qəhrəmanları bu Novruz bayramını yeni evlərində, güllə səsi olmadan qeyd etdikləri üçün sevinclərini dilə gətiriblər.

Qəhrəmanlardan biri bu bayramın düşərli olduğunu deyir: “Güllə atılanda bilmirdik haraya qaçaq. Bayram süfrəmiz ortada bəzəkli, bişirdiyimiz stolda qalırdı”.

Sənədli filmdə Prezident İlham Əliyevin Tərtərə səfəri zamanı görüşdüyü şəhər sakini Maya Səfərova da fikirlərini bölüşüb.

Azərbaycan Televiziyasının təqdim etdiyi “Bir başqa yaz” sənədli filmi həm də Novruz bayramını, elimizin bu bayramla bağlı adət-ənənəsini tamaşaçıya çatdıracaq.

Ekran əsəri martın 20-də yayımlanacaq.

# 2029 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #