Hilal Baydarovun filmi "Nika" kino mükafatında...

Hilal Baydarovun filmi "Nika" kino mükafatında...
10 mart 2021
# 14:50

Rusiya Kino Akademiyasının təqdim etdiyi “Nika” kino mükafatının namizədləri açıqlanıb.

Kulis.az xəbər verir ki, azərbaycanlı rejissor Hilal Bydarovun “Səpələnmiş ölümlər arasında” filmi “Nika” kino mükafatının nominantları sırasında yer alıb.

Filmi akademiyaya namizəd kimi Rüstəm İbrahimbəyovun sədri olduğu MDB və Baltikyanı ölkələr Kinematoqrafçılar İttifaqı Konfederasiyası təqdim edib.

Xatırladaq ki, nominantlar sırasında yer alan rejissor Hilal Baydarovun “Səpələnmiş ölümlər arasında” filmi İtaliyada keçirilən 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Film müstəqil Azərbaycan kino tarixində ilk dəfə A kateqoriyalı festivalın əsas müsabiqəsində yer alıb.

“MDB və Baltikyanı ölkələrin ən yaxşı film” kateqoriyasında nominant elan edilən filmlər aşağıdakılardır:

“İki min Fərida mahnısı” filmi – rejissor Elkin Tuyçiyev (Özbəkistan)

“Canım, sən inamayacaqsan” filmi – rejissor Ernar Nurqaliyev (Qazaxıstan)

“Sarı pişik” filmi – rejissor Adilxan Yercanov (Qazaxıstan )

“Səpələnmiş ölümlər arasında” filmi – rejissor Hilal Baydarov (Azərbaycan )

“Şambala” filmi – rejissor Artık Syundukov (Qırğızıstan)

# 1979 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #