Ekspertdən test sualları ilə bağlı sərt açıqlama: “Bilərəkdən gəncləri elmdən qaçırırlar”

Ekspertdən test sualları ilə bağlı sərt açıqlama: “Bilərəkdən gəncləri elmdən qaçırırlar”
2 mart 2021
# 13:01

Dövlət İmtahan Mərkəzinin 28 fevral tarixində magistratura pilləsi üçün keçirdiyi imtahanın sualları sosial şəbəkələrdə ciddi şəkildə müzakirə edilir.

Bəzi məntiq sualları insanların ironiya hədəfinə çevrilib və birmənalı qarşılanmayıb.

Kulis.az məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

Kamran bəy DİM-in 28 fevralda keçirdiyi imtahanla hara, kimi seçdiyini başa düşmədiyini bildirib:

“Sadəcə onu başa düşdüm ki, bu imtahan yalnız kommersiya marağı güdür. Görünür, ilk mərhələdə yığılan 1 milyon manat azlıq edib, qəsdən belə suallar yazıblar ki, tələbələr az bal toplasınlar və məcburən növbəti mərhələdə də iştirak etsinlər”.

Ekspert müzakirə olunan məntiq suallarından da danışıb:

“Magistratura pilləsində 70-dən çox ixtisas var, müxtəlif ixtisaslara eyni məntiq suallarını vermək nə dərəcədə düzgün, nə dərəcədə məntiqlidir?

Axı riyaziyyatçı ilə filoloqa niyə eyni məntiq sualları verilməlidir? Hər ixtisasın özünə uyğun sualları olmalıdır.

Və ümumiyyətlə ağacdan düşən yarpaq sayı gələcəyin elmi tədqiqatçısına, fizikinə niyə lazımdır?”

DİM-in özünün 99 saylı sualda səhv etdiyini deyən Kamran Əsədov digər iradlarını da bildirib:

“Ümumiyyətlə, həftəsonu pandemiyaya görə ictimai nəqliyyat işləməyən gün imtahan keçirmək nə dərəcədə düzgün idi? Belə görünür ki, bilərəkdən gəncləri elmdən qaçırırlar və buna da nail olurlar. İmtahan verənlərin sayından da bu görünür. Təhsili bu hala salmaq olmaz!”

# 1932 dəfə oxunub

Oxşar xəbərlər

Necə yerimək lazımdır? - Vüqar Van

Necə yerimək lazımdır? - Vüqar Van

09:00 26 aprel 2024
Təzə müdir dedi ki...  - Xalq artistini kim işə götürmədi? - Sözüm var

Təzə müdir dedi ki... - Xalq artistini kim işə götürmədi? - Sözüm var

21:58 25 aprel 2024
Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
#
#
# # #