Azərbaycanda yeni qurum yarandı - Nəşriyyatlar birləşdi

Azərbaycanda yeni qurum yarandı - Nəşriyyatlar birləşdi
2 mart 2021
# 13:40

Azərbaycanda fəaliyyət göstərən nəşriyyatlar birləşərək “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıb.

Kulis.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi birləşərək Azərbaycan Nəşriyyatları İctimai Birliyinin (ANİB) yaradılması ilə bağlı təsis toplantısını keçirib. Tolantıda Təhsil, Altun, Hədəf, Parlaq İmzalar, Alatoran, Qələm, Qədim Qala, Ağıllı bala, Çapar, XAN, Çinar, BookZone nəşriyyatlarlarının rəhbərləri iştirak ediblər.

Birliyin yaradılmasının əsas məqsədi Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmağı təmin etməkdir.

Qeyd edək ki, ANİB-nin sədri Hədəf Qrupun baş direktoru Şəmil Sadiq Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçiliblər.

Birlik qarşıdakı üç ay müddəti üçün fəaliyyət planı da hazırlayıb. Bu plana, birliyin sənədlərinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim olunacaq təkliflər paketi hazırlanması, Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların birlik ətrafında birləşməsi məqsədilə müraciətlər hazırlanması və bu ilin mart ayında Türkiyədə keçiriləcək 6-cı İstanbul Beynəlxalq Nəşriyyatlar toplantısına (“2021 International Istanbul 6th Fellowship Program”) hazırlıq işlərinin görülməsi.5. Periodik olaraq Kitab sərgilərinin keçirilməsi üçün əlaqədar orqanlarla danışıqlar aparılacaq. Bu ilin sentyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə hazırlıq işlərinin görülməsi daxildir.

# 1711 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
# # #