4 yaşlı uşaq şeir müsabiqəsinin qalibi oldu

4 yaşlı uşaq şeir müsabiqəsinin qalibi oldu
2 mart 2021
# 09:32

Mədəniyyət Nazirliyinin karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən elan edilən "Xocalı faciəsi ədəbiyyatda" şeir müsabiqəsinin qalibləri elan edilib.

Kitabxanadan Kulis.az-a bildirilib ki, keçirildiyi 14 gün ərzində müsabiqəyə çoxlu sayda iştirakçı qatılıb. İştirakçıların sayının çox olmasını nəzərə alaraq, Respublika Gənclər Kitabxanası öncədən qeyd edildiyi kimi, iki yox, üç qalibin seçilməsinə qərar verib. Qaliblər onlayn səs çoxluğu əsasında ("Bəyənmə" sayına görə) müəyyən edilib.

Beləliklə, şeir müsabiqəsində 1709 nəfər səs çoxluğu ilə Nihad Əlimuxtarov birinci, 911 nəfər səs çoxluğu ilə Gülay Hacızadə ikinci, 732 nəfər səs çoxluğu ilə müsabiqənin ən gənc iştirakçısı 4 yaşlı Sirac Məmmədov üçüncü yerə layiq görülüb.

Qaliblər kitabxana tərəfindən diplom və kitab hədiyyəsi ilə mükafatlandırılacaq.

# 1489 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #