Ölkəmiz xeyriyyə festivalında

Ölkəmiz xeyriyyə festivalında
1 mart 2021
# 15:29

Daşkənddəki Beynəlxalq Britaniya məktəbində “Xalqların adət-ənənələri və milli mətbəxi” adlı xeyriyyə festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalda ABŞ, Böyük Britaniya, Rusiya, İtaliya, İran, Misir, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, İndoneziya, Tacikistan və digər ölkələrin Özbəkistandakı səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər.

Ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.

Açılış mərasimində çıxış edənlər festivalın əhəmiyyətindən danışıb, belə tədbirlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmini vurğulayıb.

Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı Mədəniyyət Mərkəzinin Daşkənddə özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib.

Bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı guşədə böyük şairin portreti və AMM-in özbək dilində çap etdirdiyi “Xəmsə”yə daxil olan kitabları da yer alıb.

Festivalda Qarabağın milli kişi və qadın geyimləri iştirakçıların böyük marağına səbəb olub. Azərbaycanın və Bakının mənzərələri, milli musiqi və məişət əşyalarımız, eləcə də AMM-in naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb. Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, turizmi və son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərə dair videomaterial nümayiş etdirilib.

Festivalın konsert proqramında AMM-in “Azərbaycan qızları” rəqs ansamblı milli rəqslərimizi ifa ediblər. Onların “Şuşanın dağları”, “Qafqaz rəqsi” iştirakçıların maraq və alqışları ilə qarşılanıb.

Digər salonlarda da xalqların milli mədəniyyəti, mətbəxi nümayiş etdirilib və satışı təşkil edilib. Rəsm, əl işlərinə dair müxtəlif guşələrdə usta dərsləri təşkil edilib.

Azərbaycan guşəsində 3 növ plov, dolma, qutab, həmçinin şəkərbura, paxlava və digər şirniyyatlarımızın satışı həyata keçirilib. Milli mətbəximizə dair stendi Daşkənddəki “Yeməli” adlı restoran təşkil edib. Bildirilib ki, satışdan əldə olunan vəsait uşaq evlərinin fonduna köçürüləcək.

AMM-in direktoru Samir Abbasov Özbəkistanda minlərlə şagirdin təhsil aldığı, dünyanın aparıcı ingilisdilli təhsil ocağı olan Britaniya məktəbində xalqımızın milli mədəniyyətinin və mətbəxinin təbliğinin xüsusi əhəmiyyəti olduğunu, festival çərçivəsində bir sıra maraqlı çıxışların təqdim edildiyini qeyd edib.

O belə festivallarda iştirak etməklə Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin tarixi, mədəniyyəti, turizmi və mətbəxini tanıtma layihələrini həyata keçirdiyini söyləyib. S.Abbasov Daşkənddəki bir universitet və məktəblərə Azərbaycana dair nəşrlər hədiyyə olunduğunu və yaxın zamanlarda Britaniya məktəbinə də ölkəmizə dair nəşrlərin hədiyyə ediləcəyini vurğulayıb. /azertag/

# 756 dəfə oxunub

Oxşar xəbərlər

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

15:35 23 aprel 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:00 23 aprel 2024
Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

14:30 23 aprel 2024
“Qonaq Teatr”  layihəsi çərçivəsində növbəti tamaşa

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

14:00 23 aprel 2024
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı  keçiriləcək

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

13:30 23 aprel 2024
# # #