Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi

Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirildi
1 mart 2021
# 13:06

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, martın 1-də Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib. İclasa Azərbaycan Respublikası tərəfdən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi Kino Müdiriyyətinin rəhbəri Erkin Yılmaz sədrlik edib.

İclasda mədəni irs, kitabxana, musiqi, teatr, muzey və mədəni sərvətlər, kino və digər sahələrdə müzakirələr aparılıb və əməkdaşlıq məsələləri razılaşdırılıb.

Qeyd edək ki, martın 3-dək davam edəcək səfər proqramında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və digər rəsmi şəxslərlə görüşləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığa dair müzakirələrin aparılması, müvafiq sənədlərin imzalanması, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və foto sərgisinin açılış mərasimi, həmçinin digər tədbirlər nəzərdə tutulur.

Səfər martın 3-də İstanbulda davam edəcək.

Səfər çərçivəsində nazir Anar Kərimovun Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri ilə görüşləri də nəzərdə tutulur.

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
“Nəşrlərin satın alınması müsabiqəsi”  elan edildi

“Nəşrlərin satın alınması müsabiqəsi” elan edildi

15:30 18 aprel 2024
# # #