Sosial şəbəkələrdəki duyğu mazoxistləri

Sosial şəbəkələrdəki duyğu mazoxistləri
1 mart 2021
# 11:45

Hər nə qədər sosial şəbəkələri virtual həyat adlandırsaq da, burda insanların xarakteri özünü büruzə verir. Üç-beş paylaşımından, ya yazdığı şərhdən sonra insanın təxmini obrazını təsəvvür etmək olur.

Sosial şəbəkədəki insan obrazları arasında ən maraqsızı hansıdır?

Yəqin, siz də fikir vermisiniz, feysbukda bir qrup adam var, onların işi ancaq ad günü, ya toy-nişanı olanlara “Təbrik edirəm!”, “Xoşbəxt olun!”, ölən varsa “Allah rərmət eləsin!”, ya da uşaq şəkillərinə “Allah saxlasın!” kimi şərhlər yazmaqdan ibarətdir.

Hərdən mənə elə gəlir ki, həmin adamlar Feysbuku toyxana, ya da yas mağarı kimi görürlər. Elə bil, bu adamlar sosial şəbəkəyə “Qoy görüm, kim ölüb”, “Görək, kim evlənib?” düşüncəsi ilə daxil olurlar və acgözcəsinə ölü, ya toy-düyün axtarırlar.

Əvvəllər, bu tip adamlar məni həmişə qıcıqlandırır. Hətta onların duyğu mazoxisti olduğunu düşünürəm. Elə bil, onlar üzülmək üçün, ağlamaq üçün səbəb axtarırlar. Bir görürsən, çox şad bir paylaşımın altında sevincdən uçurlar, iki dəqiqə sonra çox kədərli bir başqa paylaşımın altında yasa qərq olublar.

Belə adamların səmimiyyəti də mənə həmişə şübhəli gəlib.

Amma...

Bu tip adamlar demək olar ki, bütün müzakirə və mübahisələrdən aralı gəzirlər. Onları heç vaxt hansısa çox vacib bir məsələni müzakirə edən, kimləsə mübahisə aparan, əhəmiyyətli mövzular haqqında paylaşım edən görə bilməzsiniz.

Onlar heç kimlə münasibəti korlamaq istəmirlər. Hamı ilə yaxşı münasibətlərinin olmasını istəyirlər. Buna görə də bir mövzuda iki əks fikri də dəstəkləyib “layk” edə, “çox haqlısınız!”, “sizinlə tamamilə razıyam!” yaza bilərlər.

Onlar qatığın həm ağ, həm də qara olduğunu deyə bilərlər.

Bu adamların ciddi məsələlərin müzakirəsindən və mübahisələrdən qaçmasının ən əsas səbəbi bəlkə də onların öz potensiallarına bələd olması və özlərinə dəyər verməsidir.

Sosial şəbəkələrdə eqolarını təmin etməkdən ötrü hamı ilə, hətta peşəkarlarla da mübahisə edənlərdən fərqli olaraq, onlar dinləməyi (oxumağı) və öyrənməyi üstün tuturlar.

Bəli, bu adamlar özlərinə dəyər verdikləri üçün bilmədikləri mövzular haqqında kiminləsə mübahisə etmirlər, kütlənin əksəriyyətindən fərqli olaraq özlərini kiməsə sübut etmək istəyi duymurlar.

Loru dillə desəm, burunları girməyən yerə başlarını soxmurlar.

Bəlkə də məhz bu keyfiyyətlərinə görə onların sosial şəbəkədəki sevinclərinin də, kədərlərinin də səmimiyyətinə inanmaq olar.

# 2477 dəfə oxunub

Oxşar xəbərlər

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

13:48 25 aprel 2024
"Dedpul" filminin yeni treyleri yayımlandı - Video

"Dedpul" filminin yeni treyleri yayımlandı - Video

13:30 25 aprel 2024
Yüksək sürət, həyəcan, adrenalin  - Ən yaxşı yarış filmləri - Siyahı

Yüksək sürət, həyəcan, adrenalin - Ən yaxşı yarış filmləri - Siyahı

13:00 25 aprel 2024
Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

12:30 25 aprel 2024
Təhqir edilən aktyordan sərt reaksiya - Foto

Təhqir edilən aktyordan sərt reaksiya - Foto

12:00 25 aprel 2024
"Ofis"in aktyor heyəti açıqlandı

"Ofis"in aktyor heyəti açıqlandı

12:00 25 aprel 2024
#
#
# # #