Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto

Azərbaycanlı rəssamın əsəri Türkiyə Prezidentinə hədiyyə edildi - Foto
27 fevral 2021
# 15:31

Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin “1071 Malazgit meydan müharibəsi” əsəri doğum günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilib.

Rəsm əsəri İstanbulun Üsküdar Bələdiyyəsinin “Üçüncü Nevməkan” tarixi binasının açılış mərasimində Türkiyə Prezidentinə təqdim olunub.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın, Türkiyə Prezidenti Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun, qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş, İstanbul valisi Ali Yerlikaya, Üsküdar Bələdiyyəsinin sədri Hilmi Türkmən və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə Prezident Ərdoğan Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bir daha Azərbaycan xalqına başsağlığı verib, hər platformada daim Azərbaycanın yanında olduğunu bir daha vurğulayıb.

Yağlı boya ilə işlənmiş “1071 Malazgit meydan müharibəsi” əsəri Türkiyədə fəaliyyət göstərən rəssam Rafiq Əzizin ən böyük əl işlərindən biridir./azertag.az/

# 1738 dəfə oxunub

Oxşar xəbərlər

Xalq yazıçısı Elçin əməliyyat edildi

Xalq yazıçısı Elçin əməliyyat edildi

21:34 22 aprel 2024
Mikayıl Azaflının şeirləri yeni kitabda

Mikayıl Azaflının şeirləri yeni kitabda

18:30 22 aprel 2024
Leonardo Di Kaprio Frank Sinatra obrazını canlandıracaq

Leonardo Di Kaprio Frank Sinatra obrazını canlandıracaq

18:00 22 aprel 2024
"İçəri şəhər"  filminin təqdimat tarixi açıqlandı

"İçəri şəhər" filminin təqdimat tarixi açıqlandı

17:46 22 aprel 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

17:30 22 aprel 2024
Paris Hilton qızının üzünü  ilk dəfə göstərdi - Foto

Paris Hilton qızının üzünü ilk dəfə göstərdi - Foto

17:00 22 aprel 2024
# # #