Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
20 yanvar 2021
# 17:10

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi matəm konserti ilə yad olunub.

Kulis.az xəbər verir ki, Q.Qarayev adına Azərbaycan Kamera Orkestrinin müşayiəti ilə reallaşan matəm konsertində V.A.Mosart, N.Əliverdibəyov, T.Quliyev, C.Villiam, Q.Qarayev, C.Perqolezi, Q.Fore və H.Xanməmmədovun əsərləri səsləndirilib.

“ÜNS” yaradıcılıq səhnəsinin solisti, Əməkdar artist Aqşin Abdullayev bildirib: “Azərbaycan xalqına qələbə yaraşır. Pandemiyaya görə ötən il nə qədər çətin keçsə də, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz bizə qələbə sevinci yaşatdı. Şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün 20 yanvarla bağlı tədbirimizdə mən Tofiq Quliyevin “Azərbaycan” mahnısını ifa etdim. Sənətkarın müharibə illərində bəstələdiyi bu mahnıda insanların saf duyğuları, Vətənə məhəbbəti tərənnüm olunur. Belə bir əsərə Azərbaycan adı verilməsi olduqca təqdirəlayiqdir çünki bu mahnı o qədər gözəldir ki, Azərbaycana yaraşır”.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Respublika İncəsənət Gimnaziyası şagirdlərinin əl işlərindən ibarət kiçik rəsm sərgisi də nümayiş olunub. /azertag/

# 1146 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
#
#
# # #