Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı

Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi açıldı
19 yanvar 2021
# 09:55

Niderlanddakı Azərbaycan səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, sərgidə Niderlandda yaşayan Azərbaycan və türk diasporunun üzvlərinin övladları, onların yerli dostları, eləcə də Rotterdam şəhərindəki həftə sonu məktəbinin şagirdləri iştirak ediblər.

20 Yanvar faciəsinə dair rəsmlərində balacalar bu faciənin rəmzinə çevrilmiş qırmızı qərənfillərlə günahsiz axıdılan qanı əks etdiriblər. Rəsmlərdə kədəri bildirən qara rəngə də müraciət olunub. Uşaqlar doğma Vətəndən uzaqda yaşasalar da, 20 Yanvar, eləcə də Qarabağ şəhidləri üçün xalqımızın axıtdığı göz yaşlarını da rəsmlərində əks etdiriblər. Bununla uşaqlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirməyə çalışıblar.

Balacaların rəsmləri Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını göstərir.

# 1718 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

18:40 26 aprel 2024
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirildi

18:00 26 aprel 2024
Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olundu - Foto

17:30 26 aprel 2024
“Arxa cəbhənin insanları”  ssenari müsabiqəsi davam edir

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsi davam edir

17:00 26 aprel 2024
"Atatürk II" filminin yayım tarixi açıqlandı

"Atatürk II" filminin yayım tarixi açıqlandı

16:15 26 aprel 2024
“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
# # #