Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi

Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
4 dekabr 2020
# 17:35

Tanınmış rejissor Kənan Mahmudov mədəniyyətlə əlaqəli qurum və təşkilatlara müraciət edib.

Bu barədə rejissor Kulis.az-a açıqlamasında bildirib. O, əsgərlərimizin qəhrəmanlıqlarını, şəhidlərimizin şücaətini təkcə sosial mediada deyil, filmlər vasitəsilə də tamaşaçılara tanıtmaq lazım olduğunu deyib:

“Mən Mədəniyyət Nazirliyinə və kinoya aidiyyəti olan qurumlara müraciət edirəm. Çox xahiş edirəm şərait yaratsınlar, dəstək olsunlar. Biz qəhrəmanlarımızı tək İnstaqram və Tik-Tok hesablarında deyil, filmlər vasitəsilə xalqımıza, hətta dünyaya tanıtmalıyıq. Biz nə qədər onun-bunun çəkdiyi, xəyal məhsulu olan xarici qəhrəmanlara baxacağıq. İndi bizim öz real qəhrəmanlarımız var. Onların qəhrəmanlıqları əbədiləşdirilməli, dünyaya göstərilməlidir. İnstaqram, Tik-Tok bir gün öz aktuallığını itirəcək, sonra hər birimiz vicdan əzabı çəkəcəyik. Ya bizə dəstək versinlər bu işdə, ya da tamaşaçımız mənasız vaynerlərin sponsorlarına möhtac qalacaq. Çox xahiş edirəm, bizə bir cavab verilsin. İşimizi bilək. Ya həyatımızın qalan hissəsini qəhrəmanlarımızın, şəhidlərimizin həyatını işıqlandırmağa həsr edək, ya da çıxaq kimə, harda dəyərliyik oralara gedək."

# 2263 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #