Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri

Qıyıq gözlü, batıq yanaqlı Xudayarın böyük sirri
2 dekabr 2020
# 12:37

Müharibənin tozu dumanı çəkiləndən sonra diri qalan yeganəlik şəhidlərdir. Dağılmış evlər, yanmış ağaclar, top səsindən hələ özünə gəlməmiş dağların yeganə təsəllisi şəhid ruhlarıdır.

Son günlər tez-tez dinlədiyim, səbəbini də anlamadan azarına düşdüyüm bir video var, şəhid Xudayar Yusifzadənin dağların başında döyüş yoldaşları ilə “xeymə qurub” oxuduğu o mahnı:

Dumanlı dağların başında durdum
Dumandan özüm
ə bir xeymə qurdum
Keçdi x
əyalımdan öz gözəl yurdum
Dumanlar içind
ə duman görünür...

Hərçənd, Xudayar bu bəndin son misrasını “Dumanlar başımda dastana döndü” oxuyur və mahnıya tamam ayrı çalar qatır.

Xudayarın “Vətən yaxşıdır” mahnısına hər gün qulaq asan tək mən deyiləm, dostlar, tanışlar, sosial şəbəkə əhli... Hamı mənim kimi, mən hamı kimi bu laübalı anın əsiriyik.

Burda nə sirr var, ilahi?

Dəfələrlə əlimi atmışam ki, Xudayardan yazım, alınmayıb...

Nə yazacam?

Şəkillənməyən, izah olunmayan bu mənzərə haqqında nə deyə bilərsən?

Axı burda nə var? Xudayar da yüzlərlə şəhidimizdən biridir. Fərq ondadırmı ki, o, mahnı oxuyur? Nə olsun, gözəl səsinin olması onu digər şəhidlərdən bu qədər fərqləndirə bilməzdi axı? Bəs bizi Xudayara dartan, hər gün onu dinlədən səbəb nədir?

Qıyıq gözlər, nurlu üzündə öz gələcək qəbri kimi çökən kişi qəmzələri, uzun boynu, dostlarına baxa-baxa hövlnak oxumağı...

Ətrafında oturanlar, “qurduqları o xeymə”də ilahi işığa bürünüb. Əminəm o insanlar nə bundan əvvəl, nə də sonra heç vaxt, heç yerdə bu qədər gözəl toplaşa bilməzdi.

Sözləri, oturuşları, baxışları bir daha o qədər gözəl ansambl yarada bilməz. Sanki o xeymə Tanrının işığından qurulub.

Haqqında qara-qara fikirlər, məşum cümlələr yazılmasına baxmayaraq, ölüm çox möhtəşəm hadisədir.

Ölümünü hiss edən, yaxud şüuraltı qəbul edən insanların üzünə inanılmaz təbəssüm, gözlərinə əsrin işığı qonur. Ağızlarından çıxan hər fikir su kimi axır...

Ölümün hənirtisi insanı bu qədər gözəlləşdirirsə, görəsən özü hansı gözəllikdə hadisədir?

Yazarın rəsmi, ruhu budur; çoxunun görə bilmədiyi incə məqamları adlandırmaq, bəzən yozmaq...

Lakin mən, bəlkə, bir aydır hər gün Xudayarın mahnısını dinləyirəm, onun başında dolanan halənin, insanı sehrinə salan o havanın səbəbini, adını axtarıram...

Alınmır...

Yəqin o halə elə ölümdür...

Ölümlərin ən gözəli...

Şəhidlik havası...

# 19103 dəfə oxunub

Oxşar xəbərlər

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..."  - İngilis mütəfəkkirdən sitatlar

"Mənə yaşadığımı hiss etdirən təkcə sənsən..." - İngilis mütəfəkkirdən sitatlar

12:00 4 noyabr 2026
Məşhur müğənni azadlığa buraxıldı

Məşhur müğənni azadlığa buraxıldı

11:30 4 noyabr 2026
Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

Teatr və konsert müəssisələrinin fəaliyyətinə 51,6 milyon manat ayrılacaq

11:15 4 noyabr 2026
35 yaşlı  müğənni xərçəngdən  vəfat etdi

35 yaşlı müğənni xərçəngdən vəfat etdi

10:55 4 noyabr 2026
77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

77 illik cinayətin sirri yenidən açıldı – Fransanın ən nüfuzlu ədəbi mükafatı ona verildi

10:17 4 noyabr 2026
Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

Ayasofiyada qədim tunellər və yeraltı məzarlıq üzə çıxarıldı

10:00 4 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər