"Anamın kitabı" filmi gəlir - Yaxında

"Anamın kitabı" filmi gəlir - Yaxında
27 noyabr 2020
# 13:11

Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin motivləri əsasında ekranlaşdırılan 12 hissəli film dekabrın 4-dən etibarən İctimai Televiziyada tamaşaçıların görüşünə gələcək.

Kulis.az xəbər verir ki, İctimai Televiziya, Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə layihəsi əsasında ərsəyə gələn filmin çəkilişləri avqust-sentyabr aylarında Astara və Lənkəran rayonlarında aparılıb.

Faciə-dram janrında lentə alınan ekran əsərinin ssenari müəllifləri Xəyyam Abdullazadə, Naiq Babayev, Nurlan Həsənli, Zaur Rzayev, quruluşçu rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, bəstəkarı Araz Hümbətov, səs rejissoru Orxan Ağalarov, montajçı Elçin Elxanlı, qrim üzrə rəssam Adilə Fərruxovadır.

Rollarda Əməkdar artistlər Almaz Amanova, Loğman Kərimov, aktyorlar Murad Məmmədov, Asiman Ağa Rövşən, Ziya Ağa, Esmiralda Abdullayeva, İoanna Frenşdant, Sabirə Abdullayeva, Anar Mikayılov, Elxan Quliyev, Namis Şirməmmədov, Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Səyyad Əli və Emin Nəsirli çəkiliblər.

Ekran əsərinin baş prodüseri Balakişi Qasımov, prodüserləri Yalçın Verdiyev və Elməddin Alıyevdir.

# 2991 dəfə oxunub

Oxşar xəbərlər

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #