Vidadi Əliyevin həyat yoldaşı, Elçin Əlibəylinin anası, Dilarə Əliyevanın qayınanası... - Xalq artisti ilə ad günü söhbəti 

Vidadi Əliyevin həyat yoldaşı, Elçin Əlibəylinin anası, Dilarə Əliyevanın qayınanası... - Xalq artisti ilə ad günü söhbəti 
13 noyabr 2020
# 17:01

Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, Xalq artisti Elmira İsmayılovanın doğum günüdür. Onun 75 yaşı tamam olur. Kulis.az bu münasibətlə Elmira xanımı təbrik edir və aktrisa ilə ad günü söhbətini oxucuların diqqətinə çatdırır.

- Adətən, doğum günlərinizi necə qeyd edirsiniz?

- Mənim heç vaxt ad günü qeyd etməyə həvəsim olmayıb. Elə həmişə ailəmlə, öz aramızda qeyd etmişəm.

- Yəqin bugünkü yubiley yaşı da istisna deyil.

- Bəli. Bu gün də elə edəcəm.

- Yubileyinizin Qarabağın işğaldan azad olunduğu günlərə təsadüf etməsi sizə necə təsir etdi?

- Əlbəttə, çox sevindim. Hətta arzuladım ki, inşallah bizə də o günlər qismət olsun, biz də öz yurdumuza geri qayıdaq.

Xalq artisti Elmira İsmayılova: “Dilarə Əliyevanı səhnəyə mən qaytardım” -  MÜSAHİBƏ

- Sizcə, Qarabağda teatrın, sənətin yenidən dirçəldilməsi üçün nə kimi işlər görülməlidi?

- Xüsusi heç nə etməyə ehtiyac yoxdur, çünki Qarabağ teatrının, sənətinin ənənələri hələ də yaşadılır və bizim sadəcə ora qayıtmağımız kifayət edəcək.

- Adətən xalq artistləri mərkəzi, daha böyük statuslu teatrlara gəlirlər. Ancaq siz gəlmədiniz...

- Məni Musiqili Komediya Teatrından düz üç dəfə dəvət ediblər, amma İrəvan Teatrında işləmək mənim həm mənəvi, həm tarixi borcum idi deyə, oranı atıb gedə bilməzdim.

- Bəzən deyirlər, bir evə bir məşhur adam bəs edir, amma sizin ailədə həyat elə gətirib ki, həyat yoldaşınız Vidadi Əliyev, böyük oğlunuz Oqtay Əliyev, kiçik oğlunuz Elçin Əlibəyli və gəlininiz Dilarə Əliyeva çox məşhurdurlar. Bu qədər məşhurun bir evdə olması çətinlik yaratmır ki?

- Heç bir çətinlik yaratmır. Hərənin öz sahəsi var və hərə öz işi ilə məşğuldur. Biz biri-birimizə həm tənqidi yanaşır, həm də əl uzadırıq.

- Tənqid demiş, Elçin Əlibəylinin verilişlərinə baxırsınız?

- Baxıram.

- Hərdən tənqid etmirsiniz ki, şouya çox gedirsən?

- Elçin ağıllı oğlandır və nəyi, nə vaxt, necə etməli olduğunu yaxşı bilir. Buna görə də heç vaxt ona nəsə demirəm. Bilirəm, özü hər şeyin ölçüsünü bilir.

- Ailənizdə sizin sənətinizi gəlininiz, Əməkdar artist Dilarə Əliyeva davam etdirir. Onun sənətinə münasibətiniz necədir?

- Dilarə hələ institutu təzə bitirəndə mən hiss elədim ki, nə qədər qabiliyyətlidir. Ona görə onu öz teatrımıza dəvət etdim. O da sübut elədi ki, həqiqətən də çox istedadlı aktrisadır.

- Sizi ad gününüz münasibəti ilə bir daha təbrik edirik.

- Çox sağ olun.

# 31626 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi

18:42 16 noyabr 2026
Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

Ağ Evdən böyük olan İsa Kilsəsinin döşəməsi aşkar edildi

18:17 16 noyabr 2026
Yeni "Harry Potter" serialı  etirazlara səbəb oldu

Yeni "Harry Potter" serialı etirazlara səbəb oldu

17:32 16 noyabr 2026
“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

“R.E.M.”dən 25 il sonra musiqi hədiyyəsi: “Reveal”

16:57 16 noyabr 2026
Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

Cinsi zorakılıqda təqsirləndirilən aktyor apellyasiya şikayətini geri götürdü

16:24 16 noyabr 2026
Azərbaycanın "Şur" muğamı kosmosda

Azərbaycanın "Şur" muğamı kosmosda

16:12 16 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər