news-inner
clock12:31 calendar-gray 13 Noyabr 2020 view-gray3068 dəfə oxunub
view-gray3068 dəfə oxunub

Zəngilandan qayıdan kinorejissor: “Adamlar evlərini tapa bilməyəcək” – Müsahibə - Fotolar

Kulis.az bu günlərdə işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında olan kinorejissor Tahir Tahiroviçlə söhbəti təqdim edir.

- Tahir müəllim, təəssüratlarınızı bizimlə bölüşərdiniz...

- Füzulidə, Cəbrayılda və Zəngilanda olduq. Sərhədboyu kəndləri gördük. Bacardıqca çəkməyə çalışdıq. Çünki salnaməni yaratmaq üçün bunları etmək lazımdır. Təbii ki, bundan sonra edəcəklər. Mənə də qismət oldu bunları görə bildim. Kəndlər təbii ki, darmadağın olunub, infrastruktur deyilən heç nə qalmayıb. Horadizdən Ağbəndə gedən dəmir yol xətti sıfır səviyyəsindədir. Oranın taxta şalbanları, dəmir relsləri dağıdılıb, yoxdur. Satılıb, yandırılıb, bilinmir. Kəndlərə baxdım, şəkillərini çəkdim. Bəlkə də insanlar öz dədə-baba yurduna qayıdanda öz evlərini, məhlələrini tanımayacaqlar. Çalışmaq lazımdır ki, hər rayonda yolboyu ən azı bir, iki kəndi açıq səma altında muzey kimi saxlayaq. SSRİ vaxtı Stalinqradda, Belarusiyada belə ediblər. Bugünə kimi də İkinci Dünya müharibəsinin fəsadlarını insanlar görür. Təbii, bundan sonra filmlər də çəkiləcək, əsərlər də yazılacaq, musiqilər də bəstələnəcək. Bunlar hamısı nəzəridir. Praktik olaraq, dediyim kimi, heç olmasa bir neçə kənd saxlamaq lazımdır.

- Özünüzün erməni vandalizmi ilə bağlı film çəkmək fikriniz varmı?

- Kino sahəsində bir az diqqətli olmaq lazımdır. Bundan əvvəl çəkilən Qarabağ filmlərinin, belə deyək, heç birində qələbə finalı yoxdur. Uzağı ümidlə, biz qayıdacağıq ab-havası ilə bitən filmlər var. Bundan sonra filmlərimizdə qələbə olacaq. Lakin beynəlxalq səviyyədə bu məsələlərə çox da poetik yanaşmaq lazım deyil. Qarabağ müharibəsi ilə bağlı daha çox ümumbəşəri, bir almanın, ingilisin, fransızın ürəyini dağlayacaq, düşündürəcək mövzuda ssenarilər yazılmalı, filmlər çəkilməlidir. Vandalizm və buna oxşar məsələlər aydındır. İkinci Dünya müharibəsində ingilis də, alman da vandalizmi görüb. Yəni ermənilərin etdiyi vandalizmdə onlar üçün qeyri-adi bir şey yoxdur. Min illərdir, insanlar yaranandan bir-birinə qarşı vandalizmlə məşğuldur. Məncə, kinoda daha çox ümumbəşəri nöqtələrə toxunmaq lazımdır. Sənədli filmlərdə isə ermənilərin bizə qarşı etdikləri göstərilməlidir. Bu, mütləqdir.

- Olduğunuz rayonlarda sizə ən çox təsir edən, yadınızda qalan nə oldu?

- Məşhur island yazıçısı Halldor Laksnessin "Atom bazası" əsərində Reykyavik şəhərindən yazıb. O roman haqqında deyirdilər ki, Reykyavikiyer üzündən silsələr, onu yenidən bərpa etmək üçün həmin romanı oxumaq bəs edir. Yəni müəllif oranı ev-ev, küçə-küçə elə gözəl təsvir edib ki, arxivdən nəsə axtarmağa ehtiyac yoxdur. Mənə ən çox təsir edən odur ki, 70-80 yaşlı nənələrimiz, babalarımız o rayonlara gedəndə, öz evlərini tapa bilməyəcəklər. İşğaldan əvvələ aid heç bir iz qalmayıb. Bu, çox dəhşətli bir şeydir. İnsan 27 ildən sonra da evinə dönə bilər. İnsan cinayət işləyib, 25 il həbsdə yatıb yenidən kəndinə, evinə qayıda bilər. Və yaxud, 30 il başqa yerdə yaşayıb vətəninə qayıdan adam var. Amma o adamlar hamısı öz evlərini tapırlar. Bizim rayonlarımızda insanlarımızın əl izləri, ayaq izləri itirilib. Baxmağa pəncərə, qapı yoxdur. Söhbət bundan gedir. Məni ən çox ağrıdan budur ki, sabah sənin, mənim qohumum orada ömrünü keçirən, toyunu, yasını edən 70, 80 yaşlı insanlar öz yurduna, evinə qayıdanda öz evini, küçəsini tanıya bilməsin, evinin pəncərəsini görməsin. Bu adama çox pis təsir edir.

- İndi də Kəlbəcəri yandırıb çıxırlar. Sizin gördüyünüz yerlərdəki evlər dağıdılıb-yandırılıb, yoxsa baxımsızlıqdan tanınmaz hala düşüb?

- Talan olunub. Müharibənin bombasından, küçə savaşından, baxımsızlıqdan dağılmaq yox, ermənilər oraları konkret olaraq talan ediblər. Talançılıq başqa və çox dəhşətli bir şeydir. Kəlbəcərdə də dediyiniz kimi artıq yandırırlar. Ordakı artıq vandalizmdir.

- Sizcə, torpaqdan, təbiətdən, evlərdən qisas almaq hansı beynin məhsuludur?

- Bilirsiniz, düşməndən düşmənə də fərq var. Ermənilər üçün söyüşün, təhqirin bir formatını tapa bilmirsən. Onların hansı əxlaqın sahibi olduğunu ifadə etməm çox çətindir. Məşhur filmdə deyildiyi kimi, bunu heç bir əclaf etməzdi, amma ermənilər etdi.

- Vətəninin bir hissəsi işğalda olan azərbaycanlı kimi, o torpaqları 27 ildən sonra görən ilk insanlardan biri kimi bir mənəvi dincliyiniz yarandı?

- Mən əslən naxçıvanlıyam. 75-ci ildən 91-ci ilə kimi bu yollarda olmuşam. Buralarda böyümüşəm. O yollarda mənim yeniyetməliyim, gəncliyim keçib. Bakı-Mincivan qatarı, Arazboyu yollar, kəndlər mənim uşaqlığımın yaddaşıdır. Xudafərini mən axırıncı dəfə 1991-ci ildə görmüşdüm. 30 il əvvələ qayıtdım. Türklər demişkən, nə mutlu bizə ki, yenidən o yerləri görə bildik. Onlar dağılmış relslərin üstündən yol çəkiblər. Mən o yolla getdim, sanki özümü qatardakı kimi hiss etdim. Elə bildim, daha sürətli gedirəm. Naxçıvana doğru irəliləyirdim. Bu, mənim üçün ürək rahatlayan hal idi. Orada aparılan quruculuq işlərində sənətindən, yaşından asılı olmayaraq bütün Azərbaycan xalqı iştirak etməlidir. Mən özüm şəxsən orda fəhlə kimi işləməliyəm. Vacib deyil ki, mütləq gedib orda kino çəkək, kinoteatr müdiri olaq. Onlar hamısı gələcəyin işidir. Sənli-mənli, qolunda gücü olan, ayaqda dura bilən hər kəs oraların quruculuğunda iştirak etməlidir. Lazım olsa ağac əkək, ev tikək. Biz bu torpaqlara borcumuzu artıq bu formada qaytarmalıyıq.

news-inner-user

17102 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
16:04 25 Noyabr 2020
"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid
15:20 25 Noyabr 2020
Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
14:40 25 Noyabr 2020
Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020