Facebookda yayılan təhlükəli döyüş videoları 

Facebookda yayılan təhlükəli döyüş videoları 
23 oktyabr 2020
# 13:34

Müzəffər ordumuz günlər keçdikcə Qarabağa yaxınlaşır. Yavaş-yavaş torpaqlarımız işğaldan azad edilir. Hər kəndin xəbəri xalqın sevincə səbəb olur.

Burası çox gözəl. Amma başqa bir problemimiz də var. Növbəti abzasa diqqət.

Sosial şəbəkələrdə ordumuzla bağlı videolar paylaşılır, ictimailəşdirilir.

Başa düşüləndir ki, insanlarımız həyəcanla, səbirsizcə şad xəbərlər yaymaq, bu sevinci hər kəslə bölüşmək istəyir. Lakin düşmən bizi hər tərəfdən izləyir və ən asan yol da şəbəkələr, internet üzərindən keçir. Onların bizim kordinatlarımızı müəyyən etməyi ordumuz üçün təhlükədir.

Cəbhədə şəhid düşən əsgərlərin fotolarını, döyüş qurğularımızı, əsir götürdüklərimizi yaymaq qadağan edilməlidir. Bununla bağlı müəyyən orqanlar ölçü götürsə yaxşı olardı.

Yaxud da facebookda bəzi profillər, hətta bəzi saytlar qeyri-rəsmi məlumatlar yayırlar: “Laçın alındı”, “Əsgərlərimiz Şuşada”...

Hamı da iddia edir ki, yazdığı xəbər dəqiqdir.

Bəs mənbə haradır?

Cavab yoxdur.

Elə bil, bütün döyüş məntəqələrini izləyir, rəsmi orqanlardan daha tez xəbər verir.

Bu cür şayiələr, dezinformasiyalar toplum içində təşviş, xaos yarada bilər.

Cəbhədən gördüyümüz videoları ermənilər xaltura edib öz xalqına sırıyır. Guya onlar Azərbaycan tankını, döyüş məntəqəsini atəşə tutub, yaxud da ələ keçirib və s.

Amma biz yaxşı bilirik ki, vurulan da ermənin tankıdır, məhv edilən də onların döyüş məntəqələridir.

Ermənilər saxtakarlıqlarla, hiylələrlə internet mediada da fəallıq göstərirlər.

Təxribata uymamalı, özümüz bilmədən onun iştirakçısına çevrilməməliyik.

Ona görə paylaşımlarımıza diqqət etməli, düşmənə fürsət verməməliyik.

Zatən torpaqlarımız geri qayıdır, bu cür həssas dönəmdə səbirli olub yalnız rəsmi xəbərləri gözləməliyik.

Sosial şəbəkələrdə təəssüf ki, yalan xəbərlərin qarşısını ala biləcək bir alqoritm yoxdur.

Mark müəllim bu haqda düşünsə yaxşı olardı...

# 6883 dəfə oxunub

Oxşar xəbərlər

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

18:00 28 sentyabr 2026
Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

17:46 28 sentyabr 2026
Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

Gənclər Kitabxanasında Mir Cəlal Paşayevin elmi-ədəbi irsi

17:30 28 sentyabr 2026
"Minnətdarlıq bəşəriyyətin mənəvi yaddaşıdır..." - Tanınmış sosioloqdan sitatlar

"Minnətdarlıq bəşəriyyətin mənəvi yaddaşıdır..." - Tanınmış sosioloqdan sitatlar

17:00 28 sentyabr 2026
Deniz Göktaş barəsində qərar verildi

Deniz Göktaş barəsində qərar verildi

16:35 28 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksində

Alban-Udi dini icmasının nümayəndələri Xudavəng monastır kompleksində

16:35 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər