writer1

Sərdar Amin

Məqalə sayı

87
clock15:33 calendar-gray 17 Oktyabr 2020 view-gray706 dəfə oxunub
view-gray706 dəfə oxunub

Şərqli atanı cəzalandıran olacaqmı?

Əksər insanlar Orxan Pamukun son “Qırmızı saçlı qadın” romanını oxuduqdan sonra türklər demişkən “xəyal qırırqlığına” uğradı. Tənqidçilər, diqqətli oxucular Pamuku mətndə kartları tamam açmaqda, kodları faş etməkdə, postmodernizmin detallarından olan eyhamlardan bəsit istifadədə qınadı.

Bəziləri kitabı gənc romançılar üçün dərslik də adlandırdı; guya Pamuk “Qırmızı saçlı qadın” əsəri ilə gənc yazarlara göndərmə, eyham, keçmişlə gələcək arasında əlaqə yaratmaq kimi priyomlardan istifadə qaydalarını öyrədib. Kim ha! Orxan Pamuk.

Oxucularda bu qənaəti yaradan səbəblərdən başlıcası müəllifin əvvəl qələmə aldığı romanların –“Qara kitab”ın, “Mənim adım qırmızı”nın ağırlığı, Orxan Pamuk üslubunun son əsərində gözə dəyməməsi, daha doğrusu fərqli yöndən diqqət çəkməsi oldu.

Oxucularda yaranan səthi münasibətin digər səbəbi isə müəllifin son əsəri üzərində yalnız bircə il çalışmasıdır; axı Pamuk digər kitablarını 7-8 ilə yazırıdı.

Lakin hər əsərini sanki başqa bir yazıçı yazırmış kimi ustalıqla, orijinallıqla qələmə alan yazıçı bu əsərində də fərqli performans sərgiləyib. Digər əsərlərindəki eyhamlar, işarələr, kodlar əsərin ikinci, üçüncü qatında gizlənirdisə, “Qırmızı saçlı qadın” romanında göndərmələr birbaşadır və əksəriyyətin izahı var. İlk baxışdan postmodernizmin yeniliklərinə zidd görünən, hazırlıqlı, intellektual oxucunu qıcıqlandıran bu açmalardan müəllif ayrı məqsədlə yararlanıb; Pamuk “Qırmızı saçlı qadın” kitabı ilə sanki postmodernizmin fövqünə varıb.

Həyatı ilə əfsanə yaradanlar vərəqlərə realizm müstəvisində qalırdısa, onların fərqli obrazlarla tərənnümü modernizmi təcəlla etdirirdisə, sonradan insan bu ardıcıllığı bir-birinə qarışdırmağa, keçmişlə gələcəyi “indi masası”nda əyləşdirməyə ehtiyac görərərək postmodernizmi yaratdısa, Pamuk son əsəriylə yeni bir estetikanı qıdıqladı. Yazıçı artıq əfsanələrin, xatirələrin, kitabların insanların həyatına sirayəti və onların qədərini müəyyənləşdirməsini göstərir. Cansız kitab canlı insanın müqəddəratını təyin edir. İnsanlar həyatlarına postmodernist romanlardakı göndərmələrdən qataraq ömürələrini süsləyirlər. Həyatlarını romanlarla təyin edirlər.

Sanki Pamuk illər uzunu özünün də böyük aldadan kimi qiymət verdiyi yazıçı obrazına yeni “paltar” tikməkdədir.
İlk baxışdan Pamuk son romanında uzun zamandır müxtəlif əsərlərə mövzu olmuş, ədəbi və mədəni müstəvidə ən diri müzakirələrdən sayılan “ata-oğul” problemini qələmə almış, Şərqdə ilk dəfə atasını öldürən oğul obrazını yaradaraq Şərq atasının nəhayət ki, oğlu qarşısında “diz çökməli”, ənənəsini oğlunun yeniliklərinə qurban verməli olduğu göstərir. Təbii ki, roman ilk baxışdan elə bu ismarışı da verir.

Ancaq Pamuk yenə də bu yenilik altında daha bir neçə özünəməxsusluq bəsləyir; tarixin və əfsanələrin həyat yolumuzu müəyyənləşdirməyə gücü çatarmı?

Əsərin qəhrəmanı 16 yaşında bir dəfə yatdığı qadından illər sonra qəribə bir xəbər alır. Hansı ki, o qadınla yatdığı ərəfədə ustası ilə quyu qazaraq yerdən su çıxarmağa çalışırdı. Və əlindən sürüşən torpaq dolu vedrə ustasının üstünə düşdükdən, dibi görünməyən quyudan səs gəlmədikdən sonra həyəcanlanan qəhrəman ustasını quyunun dibində qoyub İstanbula qaçır. Beləcə ustasını (ona ata kimi baxırdı) quyuda (keçmişdə) qoyan qəhrəman bir ömür bu əməlin peşmanlığını çəkərək yaşayır. Atasını öldürüb anası ilə yatan Edip özünə cəza verərək gözlərini çıxardığı kimi, Pamuk da keçmişini öldürən qəhrəmana cəza olaraq övladsızlıq, yəni gələcəksizlik verir. Qəhrəman quyuda qoyub qaçdığı ustanın ölmədiyini, körpücük sümüyü qırılsa da yaşadığını, hətta həmin quyudan su da çıxardığını eşidənədək Pamuk qəhrəmanına övlad vermir. Yalnız bu həqiqət bəlli olduqdan sonra müəllifin qələmi qəhrəmana övlad bəxş edir; özü də bu övladı qəhrəmana 16 yaşında yatdığı bir qırmızı saçlı qadın doğubmuş. İndi varlanan qəhrəmanı məhkəməyə verən qırmızı saçlı qadın həqiqətən də oğlunun qəhrəmandan olduğunu sübut edir.

Eynən Kitabi Dədə Qorqudda olduğu kimi... Çoban mələklə əyləndikdən sonra dünyaya gələn Təpəgöz oğuz elinə bəla gətirdiyi kimi qəhrəmanın qırmızı saçlı qadınla əylənməsindən yaranan oğul da onun öz başının bəlasına dönür.

Qəhrəman ustasını qoyub qaçdığı quyunun üstündə ilk dəfə üzünü gördüyü oğlu ilə söhbətləşəndə ondan kobudluq görür. Oğlu atalıq görmədiyini deyir, ata-oğul mövzusunda yazılmış əsərlərdən, dastanlardan xatırlatmalar edir. Atası oğlu ilə söhbət zamanı özünün də atasızlıq çəkdiyini və bu gün atasız böyüdüyü üçün peşmanmı, şadmı olduğunu ayırd edə bilmədiyini deyir: “Atama tabe olsaydım bəlkə də yaxşı oğul olardım, amma çətin ki, yaxşı fərd ola bilərdim”.

Oğlu isə ona “siz Avropa təfəkkürlü insanların fərd olmaq istəyi başınızın bəlasıdır, bu istəklə nə fərd, nə də özünüz ola bilirsiz. İndividuallığınızı o qədər önəmsəyirsiniz ki, Allaha belə itaət etmirsiz, özünüzü müstəqil, böyük varlıq sanırsınız” deyir. Oğlun dilindən Pamuk bu dialoqda bir daha Şərq atasına olan sevgini Allaha olan sevgiylə eyniləşdirir.

İnsanın yalnız itaətdə olduğu zaman xoşbəxtliyə yaxınlaşdığını düşünür. Bu uyğunlaşdırmadan sonra romandakı “Görəsən Şərqli atanı kimsə cəzalandıracaqmı?” sualı Pamukun əsərin fövqündə verdiyi suallardandır.

Ən diqqət çəkən məqam isə bütün əsər boyu atılan ən ciddi addımların mahiyyətində bu addımı atan şəxslərin oxuduğu və eşitdiyi hekayətlər rol oynayır. Düzdür, biz sənətin qəhrəmanların həyatına sirayət etməsini Orxan Pamukun “Mənim adım qrımızı” əsərində də görmüşük; nəqqaşlar rəqibini yerə yıxıb qılıncı boğazına dirəyəndə altındakının qulağına hazırki durumlarının hansısa tarixi miniatür əsərdə təsvir olunduğu barədə danışır. Lakin “Mənim adım qırmızı”da sənət, əfsanə qəhrəmanların həyatına ciddi mənada yön vermir.

Bu əsərdə isə qırmızı saçlı qadın belə bir sualın həndəvərindən keçir: “Görəsən oğluma Söhrabdan, Edipdən danışmasaydım o atasını öldürərdi? (Atanın oğlunu öldürdüyü “Rüstəm və Söhrab” əsəri, oğulun atasını öldürdüyü “Şah Edip” əsərindən söhbət gedir)

Atasını quyunun başında öldürən oğul onu tapançayla gözündən vurur. Çünki oğulun iddiasına görə ataların ən çəkilməz tərəfi onların baxışlarıdır, həmişə övladlarına zillənmiş baxışları.

Həbsxanada onu ziyarətə gələn qımızı saçlı anası isə ona “Şah Edip”, “Şahnamə”, “Yerin mərkəzinə doğru”, Allan Ponun hekayələri, “Yuxularımız və həyatımız” kitablarını gətirir.

Hansı ki, eynilə bu kitablar əsərin qəhrəmanı, hazırda həbsxanada olan oğlanın atasının oxuduğu kitablardır. Bununla da Pamuk oğlu tərəfindən öldürüləcək növbəti ata hazırlayır. Sanki ardıcıl ata ölümləriylə yazıçı “an mədəniyyəti”ni, “indi kültürü”nü yaratmağı hədəfləyir. Yaranmaqda olan ənənənin həmən yenisi tərəfindən məhv edilməsini yaşamın yeni düsturu kimi təqdim edir. Əsərdə atasını öldürmədən əvvəl oğlunun Nitsşedən gətirdiyi sitat da bu məqama xidmət edir:

“Azadlıq tarixi və əxlaqı unutmaqdır”.

Əsərin fövqündə qalan ən böyük mövzu isə QADINdır. Son dönəmlər bir neçə sənətkarın yorulmadan işlədikləri bu konu yəqin ki, bəşəriyyətin ən sirli və təməl mövzularındandır. Rejissor Karlos Reyqadas, Nuri Bilgə Ceylan və digərlərinin hədəfində olan qadın mövzusu öz müstəvisində, yəni yaratdıqları filmin fövqündə təsvir edilir.
Reyqadasın “Səssiz işıq” filmində yoldaşına xəyanət edən kişi ilk baxışdan daha məziyyətli görünsə də, sonda onun BÖYÜK QADIN qarşısında oyuncaq olduğu görünür. Xəyanəti duyan yoldaşının ağlamaqdan bağrı yarılır, ölür. Lakin meyitinin üstünə gələn günüsü (ərinin yeni sevgilisi) meyitə “yazıq oldun” deyir. Meyit də günüsünün əlini şəfqətlə tutaraq “sən də yazıq oldun” deyir. Bir az düşündükdən sonra qadınlar burada əsl yazığın onların ortasında tərksilah qalan kişinin olduğu qənaətinə gəlir.

Nuri Bilgə Ceylanın “Bir zamanlar Anadoluda” filmində də qadın eyni dərəcədə görünməz və idarəedəndir.
Pamukun qırmız rəngi böyük bir sirdir və bu sirrin yeganə faş olan tərəfi odur ki, yazıçı qırmızının içində həqiqəti, Allahı, idarəedəni gizlədib. Əsərin adının “Qırmızı saçlı qadın” olmasına rəğmən hadisələrin daha çox ata və oğul üzərində getməsi də insanı ürpədir. Sanki qadın qırmızı saçlarına təvəkkül kənardan prosesi izləyir; biri ölür, biri həbsxanaya düşür, digərinin körpücük sümüyü qırılır. O isə bütün bunlara ən yaxşı halda hönkürə bilər: “Yaranışın məntiqi anaların ağlamağı üzərində qurulub”.

Bu teatr aktrisası üçün üçün həyat bir tamaşadır, ən maraqlı yeri isə sonda söylədiyi monoloqudur. Əsərin son cümləsi qırmızı saçlı qadının oğluna roman yazdırmaq istəyilə bitir: “Unutma, əslində atan da yazar olmaq istəyirdi”.
Əsərin ilk cümləsi belə başlayırdı: “Əslində yazar olmaq istəyirdim”.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

İşğaldan azad olunan 700 yaşlı abidəmiz
18:52 25 Noyabr 2020
“Can Qarabağ” deyən uşaqlar
18:10 25 Noyabr 2020
Erməniyə zorla ərə verilən qızın Xocalıdan qaçış planı - Yeni hekayə
17:29 25 Noyabr 2020
Azərbaycanlı yazarın pyesi Batumidə tamaşaya qoyulacaq
16:49 25 Noyabr 2020
Azərbaycanlı yazıçı dünyasını dəyişdi
16:04 25 Noyabr 2020
"Yetim qızsan, qıvrıl, yat!" - Seymur Baycandan Aqşin Yeniseyə sərt tənqid
15:20 25 Noyabr 2020
Kəlbəcərli şair Sücaətin qardaşı: “Onun baş daşına ölüm tarixi yazılmayıb” – Müsahibə
14:40 25 Noyabr 2020
Məşhur aktrisa vəfat etdi
13:57 25 Noyabr 2020
“Qırmızı papaq” tamaşası onlayn nümayiş etdiriləcək
13:15 25 Noyabr 2020
“Qapımıza dizin-dizin gedəcəm” – Kəlbəcərlilər Qələbə sevincini bölüşür
12:34 25 Noyabr 2020
Tərəf müqabili ilə üçaylıq sevgi yaşadı, evi olmadığı üçün qarajda qaldı, iki dəfə intihara cəhd etdi – Ötən gün vəfat edən Xalq artisti
12:08 25 Noyabr 2020
Məşhur rəssam 101 yaşında vəfat edib
11:30 25 Noyabr 2020
Mıxı mismara döndərən Kəlbəcər – Şərif Ağayar yazır...
11:04 25 Noyabr 2020
Hadisə koronavirusa yoluxdu
10:21 25 Noyabr 2020
Elşən Xəzər: “Anam dedi, südümü sənə halal eləmərəm” – Müsahibə
09:00 25 Noyabr 2020
Tank lüləsində striptiz- Dahiyanə filmlər
21:00 24 Noyabr 2020
“Zorla erməniləşdirmə” sənədli filmi təqdim olunub
19:40 24 Noyabr 2020
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
19:37 24 Noyabr 2020
Xalq artisti Əjdər Həmidov vəfat etdi
18:50 24 Noyabr 2020
Xocalı haqda film Tehran festivalının əsas müsabiqəsində
18:21 24 Noyabr 2020