“O, mərd bir xalqın simasıdır” – Salam Sarvan müzakirə doğuran şeirindən danışdı

“O, mərd bir xalqın simasıdır” – Salam Sarvan müzakirə doğuran şeirindən danışdı
12 oktyabr 2020
# 17:25

Kulis.az tanınmış şair Salam Sarvanın saytımızda yayımlanan və sosial şəbəkələrdə müzakirə doğuran şeiriylə bağlı müsahibəsini təqdim edir.

- Salam müəllim, Ali Baş Komandana yazdığınız şeir hansı hisslərdən yarandı?

- İş burasındadır ki, obyektiv səbəblərdən döyüş meydanındakı əsgərlərimizin hərəkətlərini, yaşantılarını izləmək imkanımız yoxdur, bütün prosesin ifadəsini ancaq birinci əsgərimizin, Ali Baş Komandanın duruşunda görə bilirik. Bu, məsələnin bir tərəfədir. Başqa tərəfdən isə söhbət eyni vaxtda həm ön cəbhədə, həm arxa cəbhədə, həm informasiya cəbhəsində, həm diplomatiya cəbhəsində olan bir adamdan gedir. Bilirsən, son bir neçə gündə qəribə gedişat yaşadıq: ordumuzun canıyla-qanıyla irəli getdiyi, halal torpağını azad elədiyi məqamda dünyanın namərd üzüylə qarşılaşdıq, böyük güclərin təzyiqi başladı. Bu münasibətin qarşısında xalqımızı bir azca tənha görmək mənimçün ağır idi. Düzdür, Türkiyə kimi qardaşımız var, amma axı təzyiqin miqyası da çox böyükdür. Bilirsən, İlham Əliyev həm mərd bir xalqın simasıdır, həm də özü fərd olaraq xarakterli adamdır: bir balaca həssas olmaq yetər ki, belə bir adamın bu təzyiqlər qarşısında, bu haqsızlıq labirintində keçirdiyi hissləri anlayasan.

- Adətən, bu vəziyyətlərdə belə düşününlər də olur: “Şeir vaxtıdı indi?!” Haqlıdırlarmı?

- İnanmıram belə düşünənlər olsun. Əksinə, müharibənin romantikası mütləq olmalıdır: bunu dünyadakı müharibələrin təcrübəsindən bizə çatan bilgilər də deyir. Müharibədə hətta vətən pafosunun da faydası var.

- Sosial şəbəkələrdə müharibəni istəməyənlər də var... Onlara münasibətiniz necədir?

- Onları düşüncələrinə görə linç eləmək olmaz. Sadəcə, izah olunmalıdır ki, insan haqlarına dair yazılan və yazılmayan ehkamlar var. O haqlardan biri də insan olaraq, fərd olaraq öz bütövlüyünü qorumaqdır. İndiki reallıq elə qurulub ki, sənin bütövlüyün yaşadığın vətənin ərazi bütövlüyünə çox bağlıdır: həm məntiqi, həm də emosional baxımdan. Bizi dünya bu sərhədlər daxilində tanıyıb. Yəni, sifətimizi, simamızı belə tanıyıb dünya. O sifətin itirilməsiylə barışmaq olmaz, dünya qarşısında tanınmaz hala düşməklə barışmaq olmaz.

- Onların arqumenti belədir ki, insan hər şeydən qiymətlidir, torpağa görə ölməyə dəyməz. Doğrudanmı, belədir?

- Yox, insan hər şeydən qiymətli deyil. Bu, insan təkəbbürünün uydurmasıdır. İnsan qorumalı olduğu anasından, balasından ayrılıqda mövcud olmadığı kimi, qorumalı olduğu torpağından da ayrılıqda mövcud deyil. Yəni, insan anasından, balasından, torpağından uzaqda əlahiddə eqonun daşıyıcısı olmur. Humanizim nədir axı? Əvvəla, humanizm başqa xalqların torpağına soxulub baş kəsməmək, göz çıxarmamaq, uşağa-qadına divan tutmamaqdır. İkincisi, humanizm sənin sivil dünyada qəbul olunmuş sərhədlərini keçib dinc həmvətənlərini atəşə tutan azğınların qarşısını kəsməkdir ki, adamlar əzab çəkməsinlər. Humanizm həm də odur ki, basılmış bir toplum olaraq ayaqlar altda qalmış qürurunun iniltisinə dözməyəsən, ona işgəncə verməyəsən.

Moderator.az

# 2385 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #