Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...

Azad seks və şantaja qurban gedən qızlarımız – Fəridə yazır...
21 sentyabr 2020
# 12:08

Uzun illər öncə yazarlardan, ictimai fəallardan ibarət bir qrup insan vardı ki, “azad seks”, “münasibətlərə azadlıq” kimi şüarlarla insanlara nəyisə başa salmağa, anlatmağa, cəmiyyəti maarifləndirməyə cəhd edirdilər. Sadəcə onlar bir qədər pafoslu, qəzəbli, bəlkə də qərəzli və çox yanlış bir sistem seçmişdilər - danlamaq və qışqırmaq üsulu. Bu da təbii ki, ömrü boyu abır-həya dərsi ilə tərbiyə olunan bu cəmiyyətdə qıcıq yaradırdı. Elə onlar cəmiyyəti, cəmiyyət də onları söyə-söyə ay dolandı, il keçdi, tonqalların odu söndü.

İndi o adamların çoxu xarici ölkələrdə mühacir (hətta siyasi mühacir) kimi yaşayır, bəziləri ümumiyyətlə ocağın tüstüsünə qarışıb qeybə çəkildi, hardadır, neyləyir, bilən də yoxdur. Ortababları da hərə özünə bir “book cafe” açıb, iki il “fırladıb” sonra iki-üç minə obyekt kimi satdılar, getdi. Ən acınaqlı mənzərə isə pafosa, eyforiyaya qapılıb, küyə düşmüş bir ovuc qızcığazın taleyində baş verdi. Bu başqa problemin mövzusu olduğu üçün uzatmayacam. .
Bax, o adamlar, o vaxt çox doğru bir detala, çox önəmli bir problemə toxunub, ciddi bir məsələ qaldırmışdılar - azad seks.

İntim görüntüləri ilə təhdid edilən müəllimənin intihar xəbəri mənə də pis təsir etdi. Görün, insanı hansı həddə çatdırılır ki, qadın dözə bilmir və özünü öldürməkdən başqa çarə tapmır. Əlbəttə, bu təkcə şantajçının “uğur”u, təhdid edilənin zəifliyi deyil, bu bütün toplumun “uğur”udur.

İntim görüntərlə şantaj olunan bir qadın kimdən kömək istəyə bilər? Atasından? Qardaşından? Gülməlidir, hə? Hansı qadın bunu ailəsinə deyə bilər? Hər halda milyonda bir... Polis belə məsələ ilə maraqlanmayıbsa, vəziyyət lap pisdir...

İntim görüntülərlə təhdid olunmaq insanların ən qorxduğu şeydir. Adi, sıradan insanlar deyil, hətta böyük müstəvilərdə, siyasi cəbhələrdə belə insanlar bu cür şantajlarla istifadə ediliblər zaman-zaman. İndi sən, bu balaca cəmiyyətin, adi bir müəlliməsi belə halda neyləməlisən? Təəssüf ki, intihar edirsən. Bu həm canını qurtarmaq, həm nəslin namusunu təmizləməkdir, bəlkə də. Məsələ ictimailəşsə, cəmiyyətin reaksiyasını təxmin etmək çətin deyil. İntim görüntüləri yayılmış bir müəllimə olaraq həyatına davam etmək hardan baxsan problemdir.

Kimsə, bir nəfər çıxıb deməlidir ki, əcəb eləmişəm. Öz həyatımdır, öz münasibətimdir, özüm bilərəm. Kimə nə mənim intim həyatımdan? İnsanlar axı nə qədər bir-birinin yataqlarını güdəcəklər? Bir nəfər bütün olacaqlara rəğmən, ölümü yox, savaşı seçib nümunə yarada bilsə, vəziyyət bəlkə də tam fərqli olardı. Qadın və kişi olan hər yerdə intim münasibət həyatın qanunudur. Təbii, qaçılmaz, adi prosesdir. Kiminsə şəkli, videosu yayılmayıbsa, kimsə şantaj olunmayıbsa, siz namussuz, o namuslu demək deyil. Hər kəs şəxsi həyatında, intim münasibətlərində, yataq otağında azaddır. Həyatına yanlış insanı buraxmağın cəzasını bir qadın həyatı ilə ödəməməlidir.

Anar Nağılbaz da bu intim görüntü şantajlarının güdazına vermişdi ömrünü. Təəssüf.

Adını umutduğum bir psixatr məqaləsində yazmışdı ki, “biz hazırda müharibə, təbii fəlakət kimi böyük, dəhşətli travmalar yaşayan insanlarla işləyəndə çətinlik çəkmirik. Məsələn, Suriyalı köçkünlərlə işləyərkən cəmi dörd seansla onlara kömək edə bilirik. Amma təhdid, təhqir, təcavüz kimi problemlər, stresslər sonrası pasiyentlərlə işləmək çox çətindir. Onlara kömək etməkdə əziyyət çəkirik”. Təsəvvür edirsiniz? Sizi şantaj edən biri sizə müharibədən daha şiddətli bir stress yaşada bilər.

“Azad seks” məhz buna görə lazımdır! Kişilər qadınları, mollalar uşaqları, qayınata gəlini, müəllim şagirdi zorlamasın deyə! “Azad seks”- kim kimi harda tutdu intim münasibətdə olsun demək deyil, fiziki (nəticədə də psixoloji) sağlam bir cəmiyyətin formalaşması üçün mühüm, vacib amillərdəndir. İnsanlar cinsi tərbiyədən, intim mövzularda problemlərdən qorxur qaçır və qaçış da onları elə intim mövzulardakı problemlərə, travmalara, intiharlara, ölümlərə aparır. Gəlin etiraf edək, bir ata, ana, bir nəsil, bir ailə üçün öz qızlarının bir kişi ilə şəkli, videosunun yayılmasındansa intihar etməyi daha sərfəli, daha dözümlüdür. Necə dəhşətlidir, təsəvvür edə bilirsiz? - heç kimi əziyyətə salmadan, durursan, özünü pəncərədən atırsan və problem həll olunur.

# 11289 dəfə oxunub

Oxşar xəbərlər

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
#
#
# # #