news-inner
clock11:07 calendar-gray 14 Sentyabr 2020 view-gray3184 dəfə oxunub
view-gray3184 dəfə oxunub

Ərəb şeyxinin hərəmxanasını seçənlər: Məktum və Zeynəb dastanı

Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast Zeynəb Cavadlı 5 illik aradan sonra yenidən gündəmə gəlib. Bu qadının taleyi rusların “Zoluşka”sını, bizim “Görçək Fatma” nağılını yadıma salır.

Şahzadəyə ərə getməyə müvəffəq olmuş “Göyçək Fatma” xülyası uşaqlıqdan bəri bizi müşayiət edir və əsla tərk etmir. Daha doğrusu, biz əl çəkmirik bu nağıl sevdasından. Elə Göyçək Fatma olmaq istəyirik. Yan-yörəmizdə olan adi oğlanları görmürük, gözümüz Ağ atlı oğlanı arayır.

Hamımızın içində bir “Zoluşka” var- həmin o küllü qız, hansı ki, şahzadənin gəlib onu saraylara aparacağı xəyalıyla yaşayır.

Ona görə məhəllədəki oğlanları adam yerinə qoymarıq, birinə “əyriayaq” deyərik, birinə “burnufırtıqlı”, başqa birinə də... Hərədə bir eyib taparıq.

Rəfiqəm olan bir gənc qız heç kimi bəyənməyib hər oğlana bir qulp qoyurdu. Normal işi-gücü olan yaraşıqlı bir oğlana olan antipatiyasını isə belə izah etmişdi:

“Bu oğlan görüşə gələndə qırmızı kostyumla qırmızı ayaqqabı geyinmişdi və əyin- başına elə fərəhlə baxırdı ki, lap ətim töküldü”.

Bir dəfə qadınlı-qızlı bir yerə yığışıb söhbətləşirdik, qızlar zövqsüz, köhnəsayaq geyinən oğlanları sevməyin mümkünsüzlüyündən danışanda, bir dünyagörmüş xanım dedi ki, ay qızlar, vallah bu bəhanələriniz gülüncdür. Bu oğlanı istəmirəm, qırmızı ayaqqabı geyinir, o birini sevmirəm, ağ corab geyinir... Cavandır, geyinməyi bacarmır, yol göstərərsiz, dediyiniz kimi geyinər, daha bunu niyə problem edirsiniz ki... Əsas odur ki, sizə etibarlı dayaq olsun, adam olsun...”

Amma yox, “Zoluşka”nın nağılı elə gözümüzü tutub ki, həyata kor-koranə baxarıq. Ağ rəngin sevdasına düşəndən də heç bir rəng gözümüzə görünməz, ancaq Ağ atlı oğlanı axtararıq. O da ki, ay gəldi ha!

Bir ətrafdakılardan soruşun, heç Ağ atlı oğlanı görən olubmu? Hamı başını bulayacaq.

Ağ atlı oğlanı indiyəcən görən olmayıb, çünki o, mövcud deyil. Yəni ideal insan doğrudan mövcud deyil. İnsan qüsurların toplusudur və zaman keçdikcə bu yük ya artır, ya azalır.

Azərbaycanlı gimnast Zeynəb Cavadlı da yəqin Ağ atlı oğlan sevdasındaydı və özünü Zoluşka sanırdı, çünki ərəb şeyxinə rast gələr- gəlmız ona ərə gedib ərəb ölkəsinə köçdü.

O vədələr xoşbəxt gəlinin nağıla bənzər taleyi haqqında söhbətlər gündəmdən düşmürdü. Yəni doğrudanmı Ağ atlı şahzadəni tapan olmuşdu?

Zeynəb Cavadlı hamının gözündə Zoluşkaydı. Və yəqin ki, həmin taleni yaşamaq istəyən neçə-neçə qız o xəyalla yuxuya gedirdi.

Amma zaman yenə reallığın xeyrinə işlədi. Zeynəb Cavadlı yenə gündəmdədir, amma artıq sarayın sevimli gəlini deyil, hansısa səbəbdən sarayı tərk etmiş və üç uşağı birlikdə yaşayan təlaşlı anadır - uşaqlarının taleyi üçün narahat olan ana.

Saraydan uzaqlaşandan sonra həyatının mənasını uşaqlarında tapmış ana bu sevincdən də məhrum olmaq təhlükəsi içindədir.

Çünki Zeynəb Cavadlı və uşaqları təqib edilir, ana qızları üçün narahatdır, onları hər an qaçıra bilərlər.

Zeynəb Cavadlı onu gözləyən təhlükə barədə sosial şəbəkədə videolar yayımlayır. Amma əksəriyyət ona dəstək çıxmaq fikrində deyil, əksinə hamı onu qınayır, başına gələnlərdə onun özünü günahkar bilirlər. “Özünü ərəb şeyxinə satdın” deyə bir-birindən iynəli sözlər yazırlar.

Bu rəyləri yazan qadınlar sanki heç bu xəyallarla yaşamayıblar. Sanki heç vaxt heç birinin içində belə bir ümid işığı olmayıb.

Bəs niyə indi öz xəyallarına xilaf çıxırlar?

Çünki onların gözündə bir nağıl da öz sehrini, öz parlaqlığını itirdi. Ağ atlı oğlan növbəti dəfə qadınları məyus etdi. Zoluşka da nimdaş geyimdə “geri döndü...”

Deyəsən şeyxin hər ölkədən bir qız alıb “xoşbəxt etmək” alışqanlığı var. Onun ikinci arvadı (Zeynəbdən əvvəl) belorusiyalı bir gözəldir. Şeyx Minskdə atıcılıq üzrə keçirilən yarışda iştirak edərkən təsadüfən Natalya ilə rastlaşıb.

Məsələ burasındadır ki, keçmişdə alababat idmançı olan Natalya oteldə ofisiant işləyirmiş. (Çox güman ki, atıcılıq idman növüylə məşğul olan şeyxin idmançı qızlara xüsusi marağı var). Cürbəcür bahalı əşyalarla bəzənmiş otel otağında şeyxin ürəyi meyvə suyu istəyib və otağına sifariş edib.

Heç bir gözəlliyi ilə fərqlənməyən (ekspertlərin dediyinə görə) Natalya meyvə suyunu şeyxin otağına aparıb. Baxışlar qarşılaşıb və Natalya bir könüldən min könülə şeyxə vurulub.

Şeyx də bu münasibəti dəyərləndirib və altı gündən sonra qıza evlilik təklif edib.

Bir maraqlı cəhəti də qeyd edim. Ofisiant qızla ərəb şeyxinin məhəbbətindən bəhs edən NTV telekanalı Natalya Əliyevadan çox Zeynəb Cavadlının fotolarından istifadə edib. Proqramın ekspert qrupunun özü də qızları çaşbaş salıb, belə ki, şeyxin iki evliliyi arasında zaman fərqi, görünür, çox olmayıb.

Rusiyalı ekspert qadınlar Natalya ilə şeyxin “xoşbəxt “evliliyi haqqında elə həsədlə söhbət açırdılar ki, bir ara söhbətin başqa ərəb şahzadəsindən getdiyini düşündüm, amma artıq tanıdığımız ərəb şeyxini - mənasız görkəmi, heç nə ifadə etməyən gözləri, donuq baxışları olan Səid Əl-Məktumun və Zeynəb Cavadlının fotolarını görəndə eyni adamdan bəhs edildiyini anladım.

Belə getsə, ərəb şeyxi hələ çox məmləkətlərdə Ağ atlı oğlanın yolunu gözləyən qadınları “xoşbəxt edəcək”. O qadınlar ki, bir müddətdən sonra bu bər-bəzəyin yalnız bir sabun köpüyündən ibarət olduğunu anlayacaqlar. Əgər kifayət qədər gec olmasa, ən yaxşı halda ərəb şeyxi ilə bərabər keçən illər haqqında memuar yaza bilərlər.

Hələ ki qurban Zeynəb Cavadlıdır, yəqin ki, növbə hərəmxananın digər qurbanlarına da çatacaq. Amma heç bir halda telekanallar oxu daşa dəymiş olmuş gəlin haqqında tamaşaçıları agah etməyə və onları məyus etməyə tələsməz.

Çünki reallıqdan qaçaraq nağıl uydurmaq hamının işinə yarayır...

Hamımız nağıl kimi bir həyat yaşamağı arzulayırıq. Amma unuduruq ki, hər bir nağıl göydən üç alma düşməsilə bitir və acı reallıq başlayır. Zeynəb Cavadlının reallığı kimi...

news-inner-user
Günel Natiq

147 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur meyxanaçı: "O işlə təkcə meyxanaçılar məşğul deyil ki" - Video
17:01 19 Sentyabr 2020
Rejissormuzun filmi Beynəlxalq Turizm Filmlər Festivalının qalibi oldu
15:51 19 Sentyabr 2020
Bitlz qrupu haqqında kitab çap olundu
14:41 19 Sentyabr 2020
Mənə möcüzə kimi görünən ədəbi hadisə - Elçin yazır...
13:30 19 Sentyabr 2020
Dörd min ildi dustağam - Adil Şirinin şeirləri
12:20 19 Sentyabr 2020
Dovlatovun heç yerdə çap olunmamış şeiri sərgiləndi
11:05 19 Sentyabr 2020
Respublika Uşaq kitabxanası yeni layihəsinin ilk mövzusunu Milli Musiqi Gününə həsr edib
09:59 19 Sentyabr 2020
Mətbəxdə cazibəsini itirən qadının dramı
09:00 19 Sentyabr 2020
Üzeyir Hacıbəyovun felyetonu: “Cin”
21:01 18 Sentyabr 2020
Açıq havada premyera oldu – İlk dəfə
19:01 18 Sentyabr 2020
Onlar "Ginnesin rekordlar kitabı"na daxil oldular - Fotolar
18:40 18 Sentyabr 2020
"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18:00 18 Sentyabr 2020
Sarı camış - Kamal Abdulladan yeni hekayə
17:22 18 Sentyabr 2020
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
16:38 18 Sentyabr 2020
Üzeyir Hacıbəylinin xatirəsi anıldı
15:51 18 Sentyabr 2020
Dostunun qızıl saatını oğurlayan Vüqar, ərindən iyrənən Validə... – Səriyyə xala iş başında
15:10 18 Sentyabr 2020
“Qalatasaray”ın qələbəsinə sevinən kölə təfəkkürü – Sərdar yazır...
14:32 18 Sentyabr 2020
İntim görüntülərlə şantaj olunan qadın nə etməlidir?
13:39 18 Sentyabr 2020
Mədəniyyət Nazirliyi: "Fəxri adlara namizəd olanları müstəqil komissiya seçəcək"
13:10 18 Sentyabr 2020
Şabanın adı filmlərinin çəkildiyi küçəyə verilib
12:47 18 Sentyabr 2020