General Həşimovun əsgəri: “Şəhid olmazdan iki gün əvvəl...” – Müsahibə

General Həşimovun əsgəri: “Şəhid olmazdan iki gün əvvəl...” – Müsahibə
22 iyul 2020
# 09:00

Kulis.az şəhid general Polad Həşimovun əsgəri Ələsgər Əsgərlinin komandiri ilə bağlı müsahibəni təqdim edir.

- General-mayor Polad Həşimov siz hərbi xidmətdə olarkən hansı rütbədə idi?

- İlk öncə komandirimə Allahdan rəhmət diləyirəm. O vaxt Polad Həşimov polkovnik-leytenant rütbəsində idi.

- İlk dəfə onunla necə tanış oldunuz?

- Oktyabr ayının 2-də hərbi hissəyə gəldiyimiz gün bütün əsgərləri başına topladı. Gözəl nəsihətlər, təsəllilər verirdi. Darıxmamağımızı istəyir, bunun üçün bizə müsbət enerji ötürürdü.

- Nələr söyləyirdi?

- İlk günlər hərbi xidmət mənə sıxıcı gəlirdi. Bütün hərbiçilər gözümdə eyni idi. Şablon sözlər, söhbətlər heç nəylə fərqlənmirdi. Amma daha sonra anladım ki, sözlər önəmli deyil. Onu dilə gətirən Daşkəsənin buz kimi soyuq havasında isti qəlbindən çıxan səmimiyyəti idi. Polad Həşimovun necə səmimi və gözəl qəlbə sahib olduğunu daha sonra anlayacaqdım. Bizə həmişə möhkəm olmağı, vətənə layiqli xidmət etməyi, özümüzü qorumağı tapşırırdı.

Görüntünün olası içeriği: 1 kişi, ayakta

- Polad Həşimovla ən çox nədən söhbət edirdi?

- Bizə əsgər kimi yox, yaxın dost kimi münasibət göstərirdi. Şəxsi söhbətlərində də, əsgərlər içində olanda da. Çox dəyərli nəsihətlər verir, hərbin sirlərini, çətinlikdən çıxmağın yollarını öyrədirdi.

- Ən yaddaqalan günləriniz hansı olub?

- Ən yadda qalan bir gün var. Onu günün bu günü də xatırlayıram. Bu, 31 dekabr, Yeni il günü idi. Posta qalxmışdıq. Üstəlik, hava çox soyuq, şaxtalı, qarlı idi. Belə bir havada dağa qalxmalı idik. Bütün əsgərlərlə bir yerdə hərbi maşınlara mindik. Dağa qalxdığımız vaxt, sən demə, Polad Həşimov da öz xidməti maşını ilə arxamızca gəlirmiş. Biz posta çatanda Həşimov da özünü bizə çatdırdı. Onu görəndə təəccübləndik. Bizi yanına çağırdı, tapşırıqlarını verdi və maşınından bir baqaj dolusu hədiyyə, şirniyyat çıxardı. Onları bizə verdi. O an əsgərlər çox sevinmişdi. Həm də bayram idi. Çətin günlərimizdə hər vaxt yanımızda olur, bizimlə söhbətlər edirdi. Hiss edirdi ki, analarımız, atalarımız üçün darıxırıq.

- Əsgərlərlə münasibəti necə idi? Başqa nə köməkliklər edirdi?

- Posta qalxdığımız gündən sonra Polad Həşimovu bir də görə bilmədik. Xidməti başa vurmağımıza 4 ay qalmış onun rütbəsi qalxmış və yeni vəzifəyə getmişdi. Polad komandir bu yaxınlarda yadıma düşmüşdü. Bilmirəm, nəyə görə. Şəhid olmazdan iki gün əvvəl...

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar, ayakkabılar ve açık hava

- Necə yadınıza düşmüşdü?

- Qəfil ağlıma gəldi. Heç gözləmədiyim vaxtda. Dediyim kimi, heç özüm də anlaya bilmədim.

- Onunla bağlı başqa nə kimi xatirələriniz var?

- Elə danışdıqlarım qədər. Onun əsgərlərə dost kimi qayğısı heç vaxt yadımdan çıxmaz.

- Əsgərləri onun haqqında nələr danışrıdı?

- Hamı başına and içirdi. Əsgərlər arasında böyük hörmət qazanmışdı. Köhnə əsgərlərindən eşitdiyimiyə görə, tək başına ermənilərin iki traktorunu gətiribmiş.

- Necə?

- Təzə gəldiyim vaxtlar əsgərlər onun haqqında çox yaxşı danışırdılar. Qəhrəman komandir, hərbi hissənin canavarı deyirdilər.

- Deyilənə görə, postlara əsgərlərlə birlikdə odun, yemək daşıyırmış...

- Onu görməmişəm, yalançı olaram. Amma daim əsgərlərin yanında olub. Özünü heç vaxt onlardan yüksəkdə tutmayıb. Deyirdi ki, siz belə ağır şəraitdə vətənə xidmət edirsiniz, siz çox şərəfli yoldasınız...

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar, gökyüzü, açık hava ve doğa

- Əsgərlərlə birgə yemək yeyirdi?

- Özüm görməmişəm, amma eşitdiyimə görə onlarla birgə dəfələrlə yemək yeyib. Ümumiyyətlə, Həşimov əsgərlərə çox yaxın, isti münasibət göstərirdi. Qaydanı pozan əsgərləri ilk öncə tənbeh edirdi, sonra ona qaydaları səbirlə başa salırdı. Əsgərlərin rahatlığı üçün hərbi hissədə təmir-tikinti işləri aparırdı. Bütün bunları bizim rahatlığımız üçün edirdi. Bunları unutmaq mümkün deyil.

- Şəhid olanda nələr hiss etdiniz?

- Xəbərlərdə adını eşidəndə duruxdum. İnanmadım. İnana bilmədim ki, Azərbaycan ordusu belə bir insanı necə itirə bilər.

- Çox adam onu şəhid olandan sonra tanıdı.

- Hə. İgid ölər, adı qalar çox doğru söz imiş.

# 29656 dəfə oxunub

Oxşar xəbərlər

"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
# # #