Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...

Hoşcakal, İrfan bey! – Ayxan Ayvaz yazır...
3 iyul 2020
# 12:33

Bu ölüm-itimlərin bol olduğu, hər gün yeni bir itkiylə qarşılaşdığımız zamanda...

İrfan Çifçini də itirdik.

Tanımadınız, deyəsən.

O, Türkiyənin Azərbaycandakı mədəniyyət müşaviri idi.

Tanımamağınız normaldır.

Çünki onu əhəmiyyətli bir dövlət tədbirində də tanımamışdılar.

Balacaboy, sadə adam heç kimin diqqətini çəkməmişdi.

Müşavir olduğunu heç kim təxmin edə bilməzdi.

Gallery

Üstəlik bir müşavir, rəsmi bir adam niyə sadə olsun ki?

Niyə hamıya bənzəsin?

Heç İrfan bəy özü də özünü təqdim etmir.

Deyəsən, gərək duymur buna.

Rəsmi görüşdə qıraqda, gözdən-könüldən uzaqda dayanır.

Ən sonunda onu kimsə tanıyır.

İrfan bəyi rəsmi nümayəndələrə tanıdır və onu başda otuzdururlar.

Yəqin, İrfan Çifçinin portreti bu qısa əhvalatdaca açılır.

Bizim yazarların onun haqqında yazdıqlarına, şəkillərinə baxıram.

Doğma birini itirmişik.

Doğrudan eləydi.

Doğma adamıydı.

Məni heç tanımırdı.

Ramiz Rövşənlə bir yerdə imza günümüydü.

Gallery

Gəlib mənim kitabımı da aldı, şəkil çəkdirdik.

Hətta mənim arıq olmağımla bağlı bir zarafat da elədi.

Sonra kitabı qoltuğuna vurdu və çıxıb getdi.

Pozitiv, səmimi, sadə və mehriban.

Mənə elə gəlir, onu daha çox bu sözlərlə yad eləmək olar.

Hoşcakal, İrfan bey!

# 4345 dəfə oxunub

Oxşar xəbərlər

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

İki qəlbdə bir ehtiyac... - Tofiq Bayramın şeirləri

12:00 19 aprel 2024
Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
# # #