Pərvinin şalvarı və boşluq

Pərvinin şalvarı və boşluq
23 iyun 2020
# 12:50

Bu günlərdə sosial şəbəkələrdə profillərin başlarından tüstü çıxırdı. Hərə bir tərəfdə darıxırdı. Kimsi yemək şəkli, kimsi evinin divarlarını, kimisi də uzun saçlarını paylaşırdı.

Boşluqdan aktrisa Pərvin istifadə elədi. Daha doğrusu biz onu gündəmə gətirdik. Nə imiş, geyindiyi şalvar əyninə boş olub. Nə olsun? Darıxmağın, bekarçılığın hansı məqamlarından, hansı dərinliklərində olsasan ki, elə də məşhur olmayan gənc bir aktrisanın şalvarını söz-söhbətini edəsən. Bunun bir adı var: qeybət.

Azərbaycan xalqı qeybət janrlı məsələləri sevir. Medianı heç qınamıram. Çünki jurnalistikanın həm də əyləndirmə, şou tərəfi var. Düzdü, Pərvinin xəbərində nə şou var, nə də əyləndirmə. Məncə, bu xəbərdə seksual incəliklər var. Ona görə bu qədər danışıldı.

“Boş” demişkən, mediada bu qədərmi xəbər boşluğu yaranıb? Mənə elə gəlir bu aktrisanın xəbərlərini instaqram, facebook jurnalistləri yayır. Postmodern dünyamızın unikal sosial şəbəkə jurnalistləri. Bunlar da ayrı bir yazının mövzusudur.

Hər gün göbələk kimi çoxalırlar, yayılırlar. Bütün bunlara baxmayaraq mənim dərdim yenə cəmiyyətdir. Xoşun gəlmir, fikir vermə, oxuma. Hər halda sosial şəbəkələrdə, internet resurslarında o qədər maraqlı, sanballı materiallar, xəbərlər var ki... Amma bizim toplum Pərvinin şalvarının boşluğuna ilişir. Mütləq linki tıklamalıdı. Görəsən, şalvar əyninə necə boş olub? Arxası görünüb? Beli görünüb? Bədəni hansı rəngdədi? Bütün bunları düşünən təəssüf ki, mənim cəmiyyətimdi.

Düzü, cəmiyyəti qınayıram, amma bir tərəfdən də, deyəsən, həqiqi boşluqdu. Mediadakı, jurnalistikadakı boşluq hərlənib-fırlanıb Pərvinin şalvarında üzə çıxdı. Bəlkə də "Pərvinin şalvarı əyninə boş oldu" cümləsi bizim medianın boşluğunu ifadə edən simvola çevrildi. O qədər boş qaldıq ki, axırda bir aktrisanın şalvarında zühur etdik.

# 6063 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #