Facebookda “zibil atan”ların təhlükəli səhvi

Facebookda “zibil atan”ların təhlükəli səhvi
31 mart 2020
# 11:50

Koronavirus hələ ölkəmizin sərhədlərinə gəlməmiş cəmiyyətimiz bu virusa şəbədələr qoşur, ironiya edir, müxtəlif yumorlar edirdi.

Gün yetişdi, virus sərhədi keçdi. Cəmiyyət olaraq vəziyyəti indi-indi ciddiyə almışıq, amma bir qrup sosial şəbəkə istifadəçisi yaranan təhlükəyə hələ də lazımınca inanmır, yenə lağlağı edir, virtual dünyasında özü üçün əylənir.

Doğurdanda vəziyyət ciddidir!

Bəlkə də bu, bizə illüziya kimi gəlir. İnanmaq istəmirik. Artıq küçəyə çıxmaq belə qadağan edildi. Yalnız marketə və zibil atmağa çıxa bilərik. Yumor dolu insanımız zibillə bağlı müxtəlif zarafatlı, lağlağılı statuslar guppuldadır. Nikbin olmalıyıq, amma belə də yox.

Başa düşüləndir ki, hər kəs evdə darıxır, özünə məşğuliyyət axtarır.

Amma biz niyə hər şeyə mütləq bir qulp qoymalıyıq? Niyə məsələlərə ciddi yanaşmırıq? Gərək İtaliyanın durumuna düşək?

Keçənlərdə sosial şəbəkələrdə İtaliyadan fotolar paylaşılmışdı. İlahi, insanlar necə ağır vəziyyətdədirlər?! Virusa yoluxan minlərlə insan artıq xəstəxanalara da yerləşmir. Yer yoxdur. Xəstəxanaların küçələrində palatalar hazırlanıb. Dəhşətlidir...

Zibil məsələsini gündəmə çevirən insanımız, özünü, ailəni düşün, hər şeyi lağlağı etmə. Tədbiri əldən burxma, deyilənlərə riayət et ki, bu bəladan tezliklə xilas olaq. Guya əvvəl zibil atmırdıq?! Hər gün bu ənənə davam edir, davam da edəcək.

Bizim evdə evdən kim birinci çıxsa zibili o atırdı. İndi bu cür söhbətlər arxada qalıb.

Yazını yazdığım yerdə mətbəxdən zibil qutusunun qoxusu gəlir. Gedim, tullayım, gəlirəm.

...Gəldim. Zibil yeşiyinin yanında bir “bomj”un pişiyi sığalladığını gördüm. Məncə, bu səhnəni görmək üçün yaşamağa dəyər.

Yeri gəlmişkən, bəs “bomj”lar harda daldalanır? Harda qalır?

Nikbin olaq, işıqlı düşünək, amma ciddiyyətimizi də itirməyək.

# 2876 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

Bu gün Gənc Tamaşaçılar Teatrında premyera olacaq

11:27 19 aprel 2024
Xoakin Feniksin perfomansı tənqid olundu

Xoakin Feniksin perfomansı tənqid olundu

11:00 19 aprel 2024
"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
# # #