Tanınmış aparıcı aktrisa anasını belə təbrik etdi - Fotolar

Tanınmış aparıcı aktrisa anasını belə təbrik etdi - Fotolar
13 noyabr 2019
# 10:50

Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, Xalq artisti Elmira İsmayılovanın doğum gündür.

Kulis.az xəbər verir ki, bu münasibətlə Xalq artistinin oğlu, “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli anasını təbrik edib:

“Bu gün anam, Xalq artisti Elmira İsmayılovanın 74 yaşı tamam olur. Ad gününü təbrik edirəm! Həmişə gümrah ol, hələ bizə çox lazımsan, anam mənim!”

Qeyd edək ki, E.İsmayılova İrəvanda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Ermənistan Respublikasının X.Abovyan adına Pedaqoji İnstitutunu bitirib. Elə həmin ildən etibarən o, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyir.

E.İsmayılova aktrisa kimi fəaliyyət göstərdiyi illər ərzində bir çox müxtəlif janrlı obrazlar yaradıb. Onun Humay (S.Rəhman, "Əliqulu evlənir"), Afət (M.Şamxalov "Qaynana"), Qrafinya (U.Şekspir, "Axırı xeyir olsun"), Dilarə (Anar, "Şəhərin yay günləri"), Dilbər xanım (N.Vəzirov, "Hacı Qəmbər"), Oqudalova (A.Ostrovski "Cehizsiz qız"), Smeraldina (K.Qoldoni, "İki ağanın bir nökəri"), Böyükxanım (C.Cabbarlı, "Aydın"), Xala (Ü.Hacıbəyov, "Arşın mal alan"), Nazik (S.Rəhman, "Ulduz") və s. rolları tamaşaçı rəğbətini qazanıb. E.İsmayılova "Ömürdən uzun gecə" (Hidayət), "Əkizlərin nağılı" (P.Pançev) kimi televiziya filmlərində çəkilib.

# 5028 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #