"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu

"Ustad" dərgisinin 31-ci sayı nəşr olundu
12 noyabr 2019
# 20:11

"Ustad” dərgisinin 31-ci sayı nəşr olunub

Redaksiya heyətindən Kulis.az-a verilən məlumata görə, ədəbiyyat və sənət dərgisi olan “Ustad”ın noyabr sayında 2018 və 2019-cu ilin ədəbiyyat üzrə nobelçilərinin əsərləri də təqdim olunub.

Dərgi şef redaktor Müşfiq Xanın “Epizodik rolda mən” başlıqlı pritçaları ilə başlayır. Müəlliflərdən Səbuhi Şahmursoy (“Ağ qapının ölçüsü” hekayəsi), Könül Nuriyeva (“Relsi olmayan dəmir yolu” hekayəsi), Olqa Tokarçuk (“Lobya Falı” hekayəsi), Vudi Allen (“Pəhriz” hekayəsi), Peter Handke (“Qapıçının penalti anındakı həyəcanı” romanından bir hissə), Ölüm məddahı Sadiq Hidayət və onun “Kor Bayquş” romanı” resenziyası), Xanım Anela (“Yer mələyi” essesi və “Böyük rus ədiblərinin qonorarları” araşdırma məqaləsi), Ceylan Mumoğlu (“Zülmətin hökmü, qaranlığın hesabatı” resenziyası), Pərvanə Bayramqızı (“Mütaliədən bizə qalanlar” essesi), Xəyalə Murad (“Puşkin və oğlu Düma” araşdırma məqaləsi) və Azər Qismət (“Yapon incəsənətində fərqliliklər” araşdırma məqaləsi) kimi imzaların yazıları dərginin əsas hissəsini təşkil edir.

“Düşündüklərimiz duyğularımızı yaradır” – deyən Türkiyədə yaşayan həmyerlimiz, yazıçı-motivator Ceylan Mumoğlu “Ustad”ın bu sayının müsahibidir. Onunla oxucu İlahə Eldarqızı söhbətləşib.

Poeziya bölməsində məşhur ərəb şairi Adonisin “Külək və ağac şərqisi” şeiri (S.Şahmursoyun tərcüməsində) və şair Elşən Mehdinin “Polkovnikə uzaq yerdən yazıram” başlıqlı silsilə şeirləri dərc olunub.

Dərginin bu sayının səhifələrində beş yerli yazıçının müştərək qələmindən çıxan “Qatar boyunca əsən küləklər” adlı eksperimental hekayə də yer alıb.

“Ustad”ın 31-ci sayını artıq kitabevim.az mağazalar şəbəkəsindən əldə edə bilərsiniz

# 2020 dəfə oxunub

Oxşar xəbərlər

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
# # #