Diqqət! Diqqət! Kulis.az şeir yarışması elan edir! – Şərtlər

Diqqət! Diqqət! Kulis.az şeir yarışması elan edir! – <span style="color:red;">Şərtlər
18 sentyabr 2019
# 10:10

Ölkənin ən böyük mədəniyyət portallarından olan Kulis.az sentyabrın 16-dan oktyabrın 10-dək “Bir şeir” adlı müsabiqə elan edir.

Müsabiqənin şərtlərinə görə, 35 yaşa qədər olan hər müəllif bir şeir, özü haqqında qısa məlumat, şəxsiyyət vəsiqəsinin surəti və bir fotoşəkil [email protected] ünvanına və saytın Facebook səhifəsinə göndərməlidir.

Ekspertlər qrupu göndərilən şeirlərin uzun siyahısını çıxarıb peşəkar münsiflər heyətinə təqdim edəcək. Münsiflər heyəti üç ən yaxşı şeiri seçərək 10 ballıq sistemlə dəyərləndirəcək.

Şeirlər vörd faylında səliqəli şəkildə göndərilməlidir.

Qaydalara uyğun gələn şeirlər Kulis.az saytında və saytın Facebook səhifəsində yayımlanacaq.

Mükafat fondu aşağıdakı kimidir:

Birinci yer: 500 manat
İkinci yer: 300 manat
Üçüncü yer: 200 manat

Qalib olmuş müəlliflərə saytın loqosu və mükafatın adı həkk olunmuş xüsusi suvenir də hədiyyə olunacaq.

Mükafatlandırma mərasimi 18 oktyabr - Müstəqillik Günü ərəfəsində keçiriləcək.

Qaçırmayın!

Daxil olan mətnlər

# 8395 dəfə oxunub

Oxşar xəbərlər

"Prodüserlərin yüksəlişi" təliminin  iştirakçiları layihələrini təqdim etdilər

"Prodüserlərin yüksəlişi" təliminin iştirakçiları layihələrini təqdim etdilər

12:30 23 aprel 2024
"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək

"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək

12:00 23 aprel 2024
Bu gün Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür

Bu gün Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günüdür

11:30 23 aprel 2024
Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

Təcili əməliyyat olunan Hasan Can Kayanın ilk açıqlaması

11:00 23 aprel 2024
“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

10:40 23 aprel 2024
Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

Almaniya prezidenti Orxan Pamukla Məsumiyyət muzeyində

10:21 23 aprel 2024
# # #