Həmvətənimizin əsəri beynəlxalq balet festivalında nümayiş olunacaq

Həmvətənimizin əsəri beynəlxalq balet festivalında nümayiş olunacaq
13 sentyabr 2019
# 09:50

Sentyabrın 13-də Başqırd Dövlət Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

Kulis.az azərtac-a istindən xəbər verir ki, əsər Rudolf Nureyev adına XXII Beynəlxalq Balet Sənəti Festivalı çərçivəsində nümayiş olunacaq. Əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Mariya Vinoqradova (Şirin) və Mixaylov Teatrının premyeri İvan Vasilyev (Fərhad) ifa edəcək. Baletin quruluşçu dirijoru Başqırdıstanın Əməkdar İncəsənət Xadimi German Kimdir.

Xatırladaq ki, sentyabrın 7-dən başlanmış XXII Beynəlxalq Balet Sənəti Festivalı bu ayın 24-dək davam edəcək.

“Məhəbbət əfsanəsi” baletinin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) olub. Səhnə əsərinin musiqisi, parlaq xoreoqrafiyası onu balet sənətinin daim arzulanan repertuar əsərlərindən birinə çevirib. Əsərin uğurlu olmasının sirri burada hadisələrin yeni quruluşda cərəyan etməsində, baletin yeni dramaturgiyasındadır.

# 1747 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #