Türkiyəli aktyor Boran Kuzum Amerikada seriala çəkiləcək.
Kulis.az xəbər verir ki, aktyor “Big mistake” serialının ikinci mövsümündə rol alacaq.
O, ekran işində Yusuf obrazını canlandıracaq.
Onun layihənin 3-cü mövsümündə də çəkilməsi planlaşdırılır.
Qeyd edək ki, Boran yerli və milli məhsulları boykot etməyə çağırmaqla bağlı etdiyi paylaşımlar səbəbindən uzun müddətdir Türkiyədə layihələrdə yer almır.