Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında

Mərkəzi Asiyanın köçəri mədəniyyəti nüfuzlu müasir sənət yarmarkasında
22 oktyabr 2026
# 13:30

Dünyanın ən nüfuzlu müasir sənət yarmarkalarından biri olan "Frieze London 2026"da qazaxıstanlı sənətçi Gülnur Mukajanova əsərlərini nümayiş etdirib.

Kulis.az xəbər verir ki, "Bosağa: Mədəniyyətlər və zamanlar arasında səyahət" adlı üç panelli əsər sənətçinin 2021-ci ildən bəri davam edən tekstil seriyasının tərkib hissəsidir.

Türk dilli xalqların dilində "astana" və ya "keçid nöqtəsi" mənasını verən "Bosağa" adını daşıyan əsərin təməlində Mərkəzi Asiyanın köçəri mədəniyyətini əks etdirən keçə dayanır.

Sənətçi əl işi keçəni Asiya səyahətlərindən topladığı rəngarəng parçalarla birləşdirərək ənənəvi Qazaxıstan naxışlı divar xalçası və XIV əsr italyan incəsənətinin ipək yolu motivlərini bir araya gətirib.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər