Bu gün ingilis şair, yazıçı Enid Baqnoldun doğum günüdür.
Kulis.az onun əsərlərindən sitatları təqdim edir.
Hakimlər qocalmır - zaman sadəcə onları bəzəyir.
***
İnsan nə vaxt qocaldığını heç vaxt dəqiq bilmir.
***
Mətbuat hay-küy qopardı, camaat donub baxdı; əllər isə çörək qırıntısına can atan milyonlarla xırda balıq kimi havaya atıldı.
***
Əgər ölüm ucuzlaşarsa, zəhərlənən can verən deyil, tamaşa edən olar.
***
Bir it səni hər şeydən üstün tutmursa, sizin münasibətiniz nəyə bənzəyir axı? İtə bir Tanrı lazımdır. O, sənin baxışlarınla, istəklərinlə yaşayır - hətta zarafatlarını belə duyur. Bu, təxminən beşinci ildə baş verir. Əgər belə olmursa, deməli, sən sadəcə evdə bir heyvan saxlayırsan.
***
Seksuallıq ən böyük bərabərsizlik, ən böyük yanılma, ən böyük qıcıq mənbəyi.
***
Evlilik - başlanğıcı və sonu möhtəşəmdir, lakin arası cəhənnəmdir.
***
Mən dəfələrlə aşiq olmuşdum, amma sevginin zamana və sınaqlara dözə bildiyini zənn etmirdim.
***
Köhnəlmiş xəbərin də, sönmüş eşqin külündən də heç vaxt Zümrüd quşu doğulmaz.
***
İnsanın yaşa dolsa da başqalarında təəssürat yaratmaqdan - necə deyərlər, könülləri fəth etməkdən aldığı zövq itmir. Sadəcə, bu təəssürat artıq xeyli seyrək yaranır və tamamilə başqa duyğulardan yoğrulur.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva