Ceki Çan opera rejissoru oldu – Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi

Ceki Çan opera rejissoru oldu –  Döyüş filmlərinin ulduzu “Turandot”a quruluş verdi
4 noyabr 2026
# 18:42

Dünya kinosunun məşhur döyüş filmləri ulduzu Ceki Çan bu dəfə tamaşaçıları tamam başqa sənət sahəsində təəccübləndirib.

Kulis.az xəbər verir ki, aktyor ilk dəfə opera rejissoru kimi çıxış edərək Cakomo Puççininin məşhur "Turandot" əsərinə quruluş verib.

Tamaşa Makao Beynəlxalq Musiqi Festivalının proqramında təqdim olunub. Puççininin 1926-cı ildə ilk dəfə nümayiş etdirilən operasının yüzilliyinə həsr olunan bu layihə Çin-İtaliya əməkdaşlığı çərçivəsində hazırlanıb.

Əsərin hadisələri qədim Çində cərəyan edir. Şahzadə Turandotun ətrafında baş verən sevgi və sınaq hekayəsi opera tarixinin ən məşhur süjetlərindən biridir. Tamaşada Turandot obrazını soprano Eva Plonka canlandırır.

Ceki Çanın opera dünyasına gəlişi əvvəlcə klassik musiqi mühitində müəyyən şübhələrlə qarşılanıb. Çünki aktyor daha çox mürəkkəb döyüş səhnələri, təhlükəli kaskadyor hərəkətləri və komediya üslubu ilə tanınır.

Lakin South China Morning Post nəşrinin tamaşa haqqında dərc etdiyi rəydə Çanın kinematoqrafik təcrübəsinin opera səhnəsində də uğurlu nəticə verdiyi bildirilir. Rejissorun səhnələri vizual baxımdan qurmaq bacarığı klassik əsərin yeni təqdimatına imkan yaradıb.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər