Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır: Elizabet Bennet və mister Darsi kim olacaq?

Ceyn Ostinin məşhur romanı yenidən ekranlaşdırılır:  Elizabet Bennet və mister Darsi kim olacaq?
2 noyabr 2026
# 13:30

Dünya ədəbiyyatının ən məşhur sevgi hekayələrindən biri yeni ekran versiyası ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Kulis.az xəbər verir ki, "Netflix" Ceyn Ostinin “Qürur və qərəz” romanı əsasında hazırladığı altıseriyalı ekran əsərinin ilk görüntülərini və treylerini təqdim edib.

Yeni versiyada Elizabet Bennet obrazını Emma Korin, mister Darsini isə Cek Loden canlandırır.

Layihənin ssenarisini “Everything I Know About Love” kitabı ilə tanınan yazıçı Dolli Alderton hazırlayıb, rejissor kürsüsündə isə “Heartstopper” serialının müəllifi Euros Lin əyləşib. Aktyor heyətində Oliviya Koulman, Rufus Sivell, Freya Meyvor, Deril Makkormak və Luis Patridc də yer alıb. Serial dekabrın 3-də yayımlanacaq.

“Qürur və qərəz” dəfələrlə ekranlaşdırılıb, xüsusilə 1995-ci il televiziya serialı və 2005-ci il filmi ilə geniş tamaşaçı auditoriyasının yaddaşında qalıb. Yeni versiyanın maraq doğurmasının səbəbi yalnız romanın populyarlığı deyil, həm də Elizabet və Darsi münasibətlərinin müasir ekran dili ilə necə təqdim olunacağıdır. Netflix-in ilk görüntüləri isə klassik süjetin yenidən romantik ekran hadisəsinə çevriləcəyinə işarə edir.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər