Milli Dram Teatrının yeni veb-saytı istifadəyə verilib

Milli Dram Teatrının yeni veb-saytı istifadəyə verilib
17 dekabr 2012
# 17:13

Dekabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni veb-saytının (azdrama.az) təqdimatı olub.


AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən teatrın direktoru İsrafil İsrafilov saytın hazırlanmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, teatrın saytı 2007-ci ildən fəaliyyət göstərir. Lakin onun dizaynı və məzmunu qənaətbəxş səviyyədə olmadığından yeni saytın yaradılması zərurəti meydana çıxıb. Yeni sayt həm dizaynı, həm keyfiyyəti, həm də yerləşdirilən materialların həcmi və operativliyi baxımından əvvəlkindən köklü surətdə fərqlənir. Yeni variantda saytın strukturu, məzmunu və keyfiyyəti prinsipial şəkildə dəyişdirilib.
Vurğulanıb ki, yüksək peşəkarlıqla hazırlanmış saytda Akademik Milli Dram Teatrının yaranma və inkişaf tarixi, inzibati və yaradıcı kollektivi, cari repertuarı haqqında geniş informasiya yerləşdirilib. Saytda, həmçinin video və foto albom, kollektivin iştirak etdiyi festivallar və qastrol səfərləri haqqında ətraflı məlumatlarla da tanış olmaq mümkündür.

Diqqətə çatdırılıb ki, bundan sonra teatrsevərlər yeni veb-saytın köməkliyi ilə Akademik Milli Dram Teatrının yaradıcı kollektivinin hər bir uğuru haqqında vaxtında və əhatəli şəkildə məlumat əldə edə biləcəklər.

Sonra azdrama.az internet saytı iştirakçılara təqdim olunub və buradakı bölmələr haqqında geniş məlumat verilib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tarixi keçmişini və müasir həyatını əks etdirən internet portalı böyük maraqla qarşılanıb.

# 2399 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
#
#
# # #