Bakıda İran mədəniyyəti günləri keçiriləcək

Bakıda İran mədəniyyəti günləri keçiriləcək
21 iyun 2018
# 15:54

İyunun 27-dən iyulun 1-dək ölkəmizdə İran mədəniyyəti günləri keçiriləcək.

Mədəniyyət Nazirliyindən Azərtac-a bildirilib ki, mədəniyyət günləri çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin təşkili, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulur. Mədəniyyət günləri iki ölkə arasında mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və digər sənət adamlarının bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, habelə təcrübə mübadiləsinin genişlənməsinə rəvac verəcək.

Mədəniyyət günləri çərçivəsində İran İslam Respublikasının mədəniyyət və islam irşad naziri Seyid Abbas Salehinin başçılığı altında tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət geniş tərkibli nümayəndə heyəti ölkəmizə səfər edəcək.

# 1159 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #