Nazirlik Rüstəm İbrahimbəyovla bağlı açıqlama verdi

Nazirlik Rüstəm İbrahimbəyovla bağlı açıqlama verdi
24 may 2018
# 20:14

“Kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış “Qafqaz üçlüyü” filmi son illər ermənipərəst dairələrin Azərbaycan dövlətinə və xalqına qarşı apardığı məqsədli iftira, qarayaxma kampaniyasının tərkib hissəsidir, ikrah doğuran bir fakt kimi bütün cəmiyyətimiz tərəfindən qəti şəkildə pislənilir”.

Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxi olan açıqlamada bildirilir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasəti başlayan ilk gündən düşmən ölkənin, dünyadakı erməni lobbisinin bütün resursları Azərbaycan xalqını qəddar, davakar, ermənilərə qənim kəsilmiş bir xalq olaraq tanıtmağa və bununla Dağlıq Qarabağdakı separatçılığa əsas qazandırmağa yönəldilib.

“Təəssüf ki, bu işdə bəzi “sapı özümüzdən olan”lar da düşmənin məkrinə alət olaraq doğulduğu torpağa, mənsub olduğu xalqa qarşı çirkin fəaliyyət göstərirlər.

Rüstəm İbrahimbəyovun bu istiqamətdə fəaliyyəti artıq neçə illərdir, davam edir və o, çoxdan tükənmiş “yaradıcılıq gücü”nü erməni ünsürlərlə əlbir olaraq, Azərbaycan xalqını aşağılamaq, onu mədəniyyətsiz, milli kökləri olmayan xalq kimi göstərmək yolunda sərf edir. “Qafqaz üçlüyü” filmi bu idbar, eybəcər yaradıcılığın daha bir nümunəsidir. İndiyədək müxtəlif müsahibələrində ermənilərin ünvanına səsləndirdiyi rəğbət dolu fikirlər, Azərbaycan torpaqlarının işğalında ermənilərin deyil, hansısa mücərrəd qüvvələrin günahkar olduğunu dilə gətirməsi onun bu mövqeyini cəmiyyətə yetərincə nümayiş etdirib”, - deyə açıqlamada qeyd edilib.

Açıqlamada bildirilir ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqını riyakar, mədəniyyətsiz kimi təqdim etmək zaman-zaman erməni diaspor təşkilatlarının, erməni millətçilərinin apardıqları anti-Azərbaycan təbliğatının davamıdır. Bu filmin ortaya çıxması Rüstəm İbrahimbəyovun əsl simasını bir daha ortaya qoyur: “Artıq neçə illərdir, bədii dəyərə malik bir ekran əsəri, kino layihəsi ilə ortaya çıxarmağa müvəffəq olmayan Rüstəm İbrahimbəyov yalnız belə siyasi sifarişli, məqsədli “film”-parodiyalarla gündəmdə qalmağa çalışır. Başdan-ayağa yalan, iftira, eyni zamanda, siyasi konyunktura əsasında qurulan “Qafqaz üçlüyü” filminin onun yaradıcılıq bioqrafiyasında qara ləkə olaraq qalacağı şübhə doğmur və Rüstəm İbrahimbəyov bununla Azərbaycan xalqının əbədi nifrətini qazanıb”.

Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Azərbaycan xalqını aşağılayan, onun milli hisslərini təhqir edən, cılız siyasi məqsədlər güdən belə bir eybəcər “film”in çəkilməsini qəti şəkildə pisləyir, yaradıcılığının son illərini vətənə, içərisindən çıxdığı xalqa dönük insan olaraq yaşayan kinodramaturqun bu ikrah doğuran əməllərindən dərin təəssüf hissi keçirdiyini bəyan edir: “Rüstəm İbrahimbəyov unutmamalıdır ki, öz xalqını aşağılamaqla hələ heç kəsə ucalmaq, adını tarixə yazmaq müyəssər olmayıb”.

# 865 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #