İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi
14 aprel 2018
# 09:00

”Kulis.az” “Naməlum kino” layihəsində Samuel Maozun “Livan” (2009) və Qreq Harriosnun “Noyabr” (2004) filmlərini təqdim edir.

66-cı Venesiya festivalında “Qızıl Şir” mükafatını alan “Livan” filminin müəllifi Samuel Maoz israillidir. Film İsrail, Fransa, Almaniya və Livanın birgə istehsalıdır.

Süjet: Hadisələr 1982-ci ildə Livanda baş verir. Əhvalatın qəhrəmanları İsrail tankının ekipajıdır. Tankın heyəti və piyada qoşun Livan ərazisini Suriya hərbçilərindən və fələstinli döyüşçülərdən təmizləyir. Təmizləmə prosesində dinc əhali də qurban gedir. Onların arasında uşaqlar da var. Bu səbəbdən ekipaj üzvləri arasında gərginlik yaşanır. Heyətə daxil olan gənclərdən biri gördüklərindən dəhşətə gələrək gah ona əmr olunan nöqtələri vurmaqda çətinlik çəkir, gah da stressdən qeyri-müəyyən nöqtələri hədəfə alır...

“Livan” son illərdə çəkilmiş, müharibənin astarını anladan ən yaxşı ekran əsərlərindən biridir.

Bu, rejissorun şəxsi təcrübəsidir və filmin əsasında onun xatirələri dayanır. Mühüm cəhət odur ki, bütün film demək olar ki, tankda çəkilib. Tamaşaçı bayırda baş verənləri tankın nişangahından görür. Nişangah bir növ kameranın funksiyasını yerinə yetirir.

Müharibə eyni zamanda və daha çox tankın içində baş verir. Ölüm qorxusunu yaşayan əsgərlərin davranışında, onların gərginləşən münasibətində, hər dəfə dinc sakin öldürüləndə emosiyalarını gizləmək istəyəndə.

Təhlükə artdıqca, vəziyyətə nəzarət itirildikcə ekipajın da özünüqoruma instinkti güclənir.

Dəhşətli kadrlar tamaşaçıda şok effekti yaratmaq üçün yox, müharibə reallığını anlatmaq üçündür.

Maşınında toyuq-cücə aparan fermer İsrail əsgərlərinə əl yelləyib atmamağı işarə etsə də, avtomobili gülləboran edilir. Bədəninin bir hissəsi yox olmuş adamın çabalamasına hərbçilər də dözmür və onun əziyyət çəkməməsi üçün son güllə sıxılır. Yaxud qızını axtaran gənc qadının ümidsizlik içində tankın nişangahına (kameraya) baxması, bədii məkanın sərhədlərini dağıtmasından çox, bəşəriyyətə ünvanlanmış sual, ümidsizliyidir.

Rejissor dar məkanda - bir tankın içində dinamik, gərgin dram yaradır.

O, İsrail əsgərlərinə haqq qazandırmır. Haqlı olaraq, “Livan”ı anti-müharibə filmi kimi qiymətləndirir.

“Livan” özünün siyasi məzmunu səbəbindən İsraildə birmənalı qarşılanmayıb.

Film “Qızıl Şir” almış ilk İsrail filmidir.

Müəllif aktyorlara müharibə vaxtı tankdakı atmosferi yaşatmaq üçün, onların hər birini 2 saat refreijatorda (soyuducu maşının, mayenin buxarlandığı və aşağı temperaturun əmələ gəldiyi hissəsi, buxarlandırıcı) saxlayıb. Sonra isə bayırda partlayan mərmilərin effektini yaratmaq üçün onun örtüyünü döyəcləyiblər.

Çəkiliş meydanında qurulan tankın maketi əsl tankdan böyük olub. Çünki tanka çəkiliş qrupu da yerləşməliydi.

Qeyd edim ki, 1982-ci ildə İsrail Livan ərazisində hərbi əməliyyata başlayır. Məqsəd Livanda yerləşən Fələstin Azadlıq Təşkilatının bazalarının məhvi idi.

***

Amerikalı Qreq Harriosnun “Noyabr” psixoloji trilleri Sandens film festivalında kinematoqrafik özəlliklərinə görə mükafata layiq görülüb.

Bu müstəqil kino festivalı 1981-ci ildə aktyor Robert Redford bir qrup dostu ilə təsis edib. Festival Amerika müstəqil kinosuna dəstək məqsədilə yaradılıb. Və hər il yanvarda keçirilir.

Süjet: Noyabrın 7-də axşam fotoqraf Sofi (Kortni Koks) və onun sevgilisi Hyu (Ceyms Leqros) Çin restoranında şam edirlər. Evə qayıdanda yolda Hyu şirniyyat almaq üçün mağazaya girir. Mağazaya daxil olan soyğunçu Hyunu qətlə yetirir. Bu hadisədən sonra Sofi depressiyaya düşür, emosional şok keçirir. O depressiyadan qurtulmaq üçün psixiatr yanına gedir, baş ağrılarından şikayətlənir. Sofi psixiatra bildirir ki, baş ağrıları Hyuya xəyanət elədiyi gündən başlayıb.

O, tələbələrə dərs keçdiyi zaman slaydlarda, qətlin baş verdiyi mağazanın noyabrın 7-də çəkilmiş fotosunu görür. Bu barədə təhqiqatçıya məlumat verir. Məlum olur ki, bu, əslində onun çəkdiyi şəkildir. Və gənc qadın reallıqla təxəyyülünün arasındakı sərhədi itirir....

Bu filmdə Devid Linçin təsiri duyulur. Çünki bir qayda olaraq Linçin filmlərində də ağır reallığı qəbul etməyən personajlar gerçəkliklə təxəyyülü arasında çırpınır, bu vəziyyət isə onları çıxılmazlığa gətirir, nəticədə onlar reallıq hissini itirirlər.

Harrisonun bu ekran əsərini rejissorun axtarışı da adlandırmaq olar. O, əhvalatda ənənəvi nəql texnikasından imtina edir, hadisəni bir neçə versiyada danışır, montaj düzümünü, xronoloji ardıcıllığı pozur.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

# 1319 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
# # #