Skripkaçımız Paris festivalında

Skripkaçımız Paris festivalında
29 mart 2018
# 10:19

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 3-cü “Skripka baharı” festivalı çərçivəsində konsert təşkil olunub.

Konsertdən əvvəl təşkilatçılar Mədəniyyət Mərkəzi, eləcə də milli musiqimiz haqqında dinləyicilərə məlumat verib.

Festivalın bədii direktoru, tanınmış skripkaçı Anton Martınovun rəhbərliyi ilə keçirilən festivalda azərbaycanlı gənc skripkaçı Əzizə Salahova da iştirak edib.

Konsert gənc skripkaçı Əzizə Salahovanın ifasında Asəf Zeynallının fortepiano və skripka üçün yazılmış “Muğamsayağı” əsəri ilə başlayıb. Muğam ifaçılıq sənətinin tipik ünsürlərinin Qərb musiqi ənənələri ilə cilalaşdırıldığı bu əsərin ifası fransız musiqisevərləri heyran edib.

Gənc skripkaçı Nikkolo Paqanini, Jül Massne və Ernst Vilhelmin əsərlərini səsləndirib. Onu fortepianoda müəllimi Anton Martınov müşayiət edib.

Orta musiqi məktəbini Bakıda bitirən Əzizə Salahova Kazan Konservatoriyasından sonra Belçikanın Mons Kral Konservatoriyasında təhsilini davam etdirib. Hazırda o, həmin konservatoriyanın magistr pilləsində təhsil alır.

Ə.Salahova Azərbaycan Gənclər Simfonik Orkestri tərkibində və xaricdə təhsili müddətində Avropa və MDB ölkələrində konsert və festivallarda uğurla iştirak edib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Konsert tanınmış skripkaçı, dirijor və dünyada bir çox festivalların musiqi direktoru olmuş Mixail Qutmanın ifası ilə davam edib.

Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyi “Skripka baharı” festivalının tərəfdaşıdır. /azertag.az/

# 913 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #