“Tanrı böyük deyil” – Səs-küy salan kitab

“Tanrı böyük deyil” – <span style="color:red;">Səs-küy salan kitab
19 mart 2018
# 16:56

Kristofer Hitçensin “Tanrı böyük deyil” kitabı işıq üzü görüb. Kitabın tərcüməsi Taryel Abdullayevindir. “Tanrı böyük deyil” kitabı Tural Öztürkün dəstəyi sayəsində ərsəyə gəlib.

Kitabın Təqdimatı 18 mart 2018-ci il tarixində saat 13:00-da Caspian Plazanın konfrans zalında keçirilib.

Tərcüməçi Taryel Abdullayev kitab haqda Kulis.aza bunları söyləyib:

“Bəlkə də bütün ömrünüz boyu inanclı olmusunuz, yaxud sadiq ateistsiniz, aranızda kimsə dinin həyatımızdakı rolu haqqında qeyri-müəyyən qalıb, - fərq etməz - bu maarifləndirici bəyanat hər birinizi öz təxribatçı fikirləri ilə maraqlandıracaq.

Əsas dini mətnləri yaxından araşdıraraq və oxuyaraq, Kristofer Hitçens dinin insanın arzusu ilə yarandığını, təhlükəli seksual sıxıntının səbəbi olduğunu və bizim kosmosdakı mənşəyimizin təhrifi olduğunu sənədlərlə təsdiq edir.

Aydın ifadə ilə Hitçens elm və düşüncəyə əsaslanan dünyəvi həyat haqqında daha çox arqumentlər yaradır, burada cəhənnəmi Habl Teleskopunun əsrarəngiz dünya mənzərəsi əvəz edir, Musa ilə yanan kolluq isə yerini iki qat spiralın gözəlliyinə və simmetriyasına verir.

Bertrand Rasselin "Niyə mən xristian deyiləm" və Sem Harrisin "İmanın sonu" əsərlərinin ənənəsinə uyğun olaraq, Kristofer Hitçens bu kitabında dinə qarşı qəti mövqe tutur.

# 1769 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #