Musiqili Teatrda həftəsonu nələr olacaq?

Musiqili Teatrda həftəsonu nələr olacaq?
9 mart 2018
# 14:47

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu dörd tamaşa nümayiş olunacaq.

Kulis.azın Azərtaca istinadən verdiyi məlumata görə martın 10-da saat 12:00-da “Hacı-Qara”, saat 19:00-da isə “Nuri-didə Ceyhun” tamaşaları təqdim ediləcək.

Martın 11-də saat 19:00-da isə teatrsevərlər “O olmasın, bu olsun” tamaşasını izləyəcəklər.

Musiqili Teatr həmişə olduğu kimi, bu həftə rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, kollektiv martın 11-də saat 12:00-da balaca tamaşaçılarının görüşünə “Bir dayan canavar” tamaşası ilə gələcək.

Tamaşalarda Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Pərviz Məmmədrzayev, Şövqi Hüseynov, Əzizağa Əzizov, Anton Ferşdant, Ələkbər Əliyev, Əkbər Əlizadə, Svetlana Bulax, aktyorlar Ülviyyə Əliyeva, Nicat Əli, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov və başqaları iştirak edirlər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

# 907 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #