SSRİ-də bu adamları istəmirdilər - SİYAHI

SSRİ-də bu adamları istəmirdilər - <span style="color:red;">SİYAHI
7 mart 2018
# 13:30

Kulis.az SSRİ dövründə mühacirət etmiş sənət adamlarını təqdim edir.

Andrey Voznеsenski

Image result for Вознесенский, Андрей Андреевич

1963-cü ilin martında ziyalıların Kremldə görüşündə Nikita Xruşşov şairi kəskin tənqid atəşinə tutdu. Alqışların fonunda Xruşşovun qəzəbli səsi eşidilirdi: “İndi mülayimləşmə deyil, buz dövrüdür. Baxın Pasternak nə tapıb! Biz ona burdan getməyini xahiş etmişdik. Siz sabah pasport almaq istəyirsiniz? İstəyirsiniz? Və çıxıb gedin cəhənnəmə, nənənizin yanına. Rədd olun burdan, cənab Voznosenski. Öz sahibinizlə bir yerdə...”

Amerikada Voznesenski daha çox populyarlıq qazandı, Artur Millerin ailəsi ilə dostluq etdi. Onun Merlin Monro ilə görüşü daha sonra bu sözlərlə ifadə olunacaqdı: “Mən Merlin, Merlin. Mən qəhrəman. İntihar və qəhrəmanlıq”.

Daha sonra şair geri qayıtdı və Peredelkinoda öz həyatına davam elədi.

İosif Brodski

Image result for iosif brodski

1963-cü ilin noyabrında yayımlanan “Veçerniy Leninqrad” qəzetindəki məqalədə şair “parazit həyatın obrazı” kimi təqdim edilmişdi. Bu artıq aydın idi ki, şairi izləyəcəklər, ya da həbs edəcəklər. Qəzetdə “parazit Brodski”nin cəzalandırılması istənilirdi. 1964-cü ildə şair məhz parazitlik ucbatından həbs olundu. Kameraya atılanda Brodskinin ürəyi tutdu. Bu müddət ərzində Brodski ürəyindən əziyyət çəkdi. Hər dəfə şairə uzaqdan ona yaxınlaşan ölümü xatırlatdı. Məhkəmə qərar verdi ki, şair məcburi məhkəmə psixiatriya müayinəsindən keçsin. Üç həftə psixi xəstəxanada müalicə keçən şair o günləri həyatının ən pis günləri kimi xatırlayacaqdı. Brodski ya psixi xəstəxanada qalmalıydı, ya həbs olunmalıydı, ya da SSRİ-ni tərk etməliydi. Şair üçüncünü seçdi və ABŞ-a getdi. Orda Brodski rus ədəbiyyatı və poeziyasından mühazirələr dedi, festivallarda iştirak etdi, böyük uğurlara nail oldu.

İvan Bunin

Image result for ivan bunin

İnqilab vaxtı Bunin dəfələrlə bolşeviklərin əlindən “qaçmaq” istəyib. Nəhayət, 20-ci illərdə yazıçı Parisə qaça bilir.

Fransada yazıçının yaradıcılığının ən gözəl əsərləri yazılır...

1933-cü ildə vətəndaşlıqdan məhrum edilən İvan Bunin Nobel ədəbiyyat mükafatına layiq görülür...

Aleksandr Soljenitsin

Image result for Aleksandr Soljenitsin

Yazıçının həyatı Stalinin tənqidinə həsr olunmuşdu. Müharibə vaxtı dostuna yazdığı məktub hərbi senzuraya məruz qalmış və tezliklə Moskvaya gətirilməsi, həbs edilməsi əmr edilmişdi.

Soljenitsini həbs edirlər. O, ömrünün 8 ilini dörd divar arasında keçirir.

Bir neçə həbs düşərgəsində olan Solijentsin qələmi əlindən yerə qoymur: həm öz əsərlərini yazır, həm də sovet rəhbərliyini tənqid edir.

Xruşşovun gedişindən və Brejnyevin gəlişindən sonra Solijenitsinin əsərləri çap olunmağa başladı.

60-cı illərin sonu, 70-ci illərin əvvəllərində KQB-nin xüsusi bölməsi Solijenitsini araşdırmağa qoyuldu.

1974-cü ilin fevralında yazıçı həbs olundu. Vətənə xəyanətdə günahlandırıldı və vətəndaşlıqdan məhrum edildi.

Mstislav Rastropoviç

Image result for Mstslav Rostropoviç

1969-cu ildə violençelist və onun ailəsi Solijenitsinin müdafiəsinə qalxıb, Moskva ətrafındakı daçada onu himayəyə alıb. Eyni zamanda Brejnevə yazıçının müdafiəsi üçün açıq məktub yazıb.

1978-ci ildə Rastropoviç anti-sovet təbliğinə görə vətəndaşlıqdan məhrum edilir. Xaricə gedən Rastropoviçin ulduzu parlayır.

Andrey Tarkovski

Image result for tarkovski

“Nostalgiya” filminin Kannda mükafatından sonra bir müddət İtaliyada qalıb. Geri qayıdacağını vəd etsə də, daha sonra xaricdə qalacağını açıqlayıb. Bundan sonra rejissorun bütün filmləri SSRİ məkanında qadağan edilib.

Nikolay Berdyayev

Image result for Nikolay Berdyayev

Filosofun həyatı üç müharibəyə təsadüf edib. İki Rusiya inqilabı və rus kommunizmi...

İki dəfə həbs olunub. Daha sonra filosofu Sibirə sürgün ediblər. Yalnız 1922-ci ildə onu sərbəst buraxıblar. Filosofun SSRİ sərhədində göründüyün an güllənəcəyi bildirilib.

Berdyayev əvvəl Almaniyaya, ordan da Fransaya mühacirət edib. Mühacirətdə ən məşhur əsəri “Fikrin tarixi”ni yazıb.

# 1744 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #