“Cocuqlar Duymasın”ın Tunası Bakıda

“Cocuqlar Duymasın”ın Tunası Bakıda
24 yanvar 2018
# 16:43

Türkiyənin kino və teatr aktyoru, rejissor Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.

Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, mötəbər qonağı direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Azərbacan tamaşaçılarının “Cocuklar duymasın”, ”Çiçək taksi”, “Hababam sınıfı askerde” və digər onlarla məşhur seriallardan yaxşı tanıdığı Volkan Severcan teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib.

Çoxşaxəli yaradıcılığı, səhnə fəaliyyəti, aktyorluq məharəti, rejissorluğu, eləcə də, dublyaj etdiyi xarici filmlərdəki səs tembri ilə tamaşaçıların rəğbətini qazanan Volkan Severcan Musiqili Teatrdan xoş təəssüratlarla ayrılıb.

# 976 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #