“Balaca şahzadə” Heydər Əliyev Sarayında

“Balaca şahzadə” Heydər Əliyev Sarayında
16 yanvar 2018
# 09:49

Fevralın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında dünya şöhrətli fransız yazıçı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Sarayın mətbuat xidmətindən verilən məlumata görə, müasir rəqsin və qum animasiyasının möhtəşəm sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri və rəssam əllərinin yaratdığı parlaq süjet tamaşaçılara bu nağıl hekayəni onların qəhrəmanları ilə birgə yaşamağa kömək edəcək. Rusiyanın ən yaxşı rəqqaslarından biri olan Yevgeni Yasmakovun iştirakı ilə tamaşaçılara “breakdance”, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.

Tamaşada iştirak etmək istəyənlər biletləri iticket.az saytından onlayn, “ASAN xidmət”, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə edə bilərlər.

# 813 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
#
#
# # #