Rejissorumuz Moldavada tamaşa hazırladı

Rejissorumuz Moldavada tamaşa hazırladı
11 dekabr 2017
# 17:44

Moldovanın Çıdır-Lunqa şəhərində D.Tanasoğlu adına Qaqauz Milli teatrında azərbaycanlı rejissor Tural Mustafayevin rəhbərliyi altında qaqauz dilində amerikalı dramaturq Con Patrikin "Qiymətli Pamela" tamaşasının premyerası olub.

Azərbaycanın Moldovadakı səfirliyindən APA-ya verilən məlumata görə, tamaşanın premyerası Moldova mədəniyyət naziri, Moldova Respublikası Qaqauz Muxtar ərazi vilayətinin rəhbərliyi və Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Tamaşada yarımdağılmış evin zirzəmisində yaşayan yaşlı tənha qadının başına gələn olaydan bəhs olunur. Qadının evinə biznesmen adı ilə gələn üç dələduz onu öldürmək istəsə də, sevgi, inam və qadının ümidi onların planlarını dağıdır, fikirlərindən daşındırır və həyata başqa cür baxmağa məcbur edir. Amma artıq hamı üçün hər şey müvəffəqiyyətlə bitmək üzrə olduğu zaman qəhrəmanların həyatında yeni məqamlar ortaya çıxır.

Tamaşanın sonunda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun təbrik məktubu oxunub. Moldova Respublikası Qaqauz Muxtar ərazi vilayətinin başqanı İrina Vlax isə çıxışında Azərbaycan rəhbərliyinə Qaqauz Muxtar ərazi vilayəti ilə əməkdaşlığa görə təşəkkürünü bildirib. O qeyd edib ki, Qaqauziyanın Çıdır-Lunqa şəhərində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən mədəni-tədris mərkəzi layihəsi Moldova Respublikası, o cümlədən Qaqauz Muxtar ərazi vilayəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfəsini verəcək.

İ. Vlax D.Tanasoğlu adına Qaqauz Milli teatrının əməkdar xadimlərini, o cümlədən azərbaycanlı rejissor Tural Mustafayevi teatrın 20 illik yubileyi münasibəti ilə Qaqauz Muxtar ərazi vilayətinin fərqləndirici diplomları ilə təltif edib.

# 881 dəfə oxunub

Oxşar xəbərlər

“Azərbaycanın görkəmli musiqiçiləri”  adlı klassik musiqisi gecəsi keçirildi

“Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi keçirildi

16:00 26 aprel 2024
Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

Gənclər Kitabxanasında sərgi: “Ziyarətə çevrilmiş ocaq”

15:30 26 aprel 2024
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlandı

15:00 26 aprel 2024
Məşhur reper edam olunacaq

Məşhur reper edam olunacaq

14:30 26 aprel 2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunacaq

14:00 26 aprel 2024
"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
# # #