YUĞ teatrında növbəti istefa - QALMAQAL

YUĞ teatrında növbəti istefa - QALMAQAL
11 dekabr 2017
# 15:09

YUĞ teatrının aktrisası Yaqut Paşazadə Facebook hesabında teatrdan ayrıldığı haqqında məlumat verib:

“Mənə zəng edib çox narahatlıqla YUĞ Teatrından getməyimin səbəbini soruşan çoxsaylı dostlarıma demək istəyirəm ki, səbəblərdən sonuncusu və vacibi bu ƏMR oldu. Mən gözləmək istəmədim ki, növbəti dəfə mənimlə bu oyunu oynasınlar. Çox təəssüf edirəm. Amma Mən hardayamsa Vaqif İbrahimoğlu ordadır”.

Aktrisa teatrdan ona gələn xəbərdarlıq əmrindən sonra bu qərara gəldiyini açıqlayıb. Əmrdə Yaqut Paşazadəyə “Naməlum Axundzadə” tamaşasındakı rolundan imtina edib məşqi pozduğu üçün ciddi xəbərdarlıq olunub: “Nəzərinə çatdırılsın ki, belə hallara bir daha yol verilərsə, əmək müqaviləsinə xitam veriləcək”.

Kulis.az məsələ ilə bağlı Yaqut Paşazadə ilə əlaqə saxlayıb. Aktirasının dediyinə görə, tamaşanın məşqinə getməməyinin səbəbi səhhəti ilə bağlıymış: “Mən onlara xəstə olduğumu bildirmişdim və izahat da yazmışdım. Onlar isə bunu nəzərə almadan xəbərdarlıq əmri hazırlayıblar. İlk dəfə idi başıma belə bir iş gəlirdi. Və bu cür işin təkrar başıma gəlməməyi üçün teatrdan ayrılmaq qərarına gəldim. Yeni müqavilə imzalanmasına razı olmadım. O xəbərdarlıq əmri mənə xoş gəlməmişdi”.

# 817 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #