“Yaşıl İncəsənət-2018” rəsm sərgi-müsabiqəsinə start veriləcək

“Yaşıl İncəsənət-2018” rəsm sərgi-müsabiqəsinə start veriləcək
11 dekabr 2017
# 10:33

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülük Məktəbi”nin “Yaşıl ASAN” təşəbbüsü, İmprotex Motors, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Garden Shop-un birgə təşkilatçılığı ilə “Yaşıl İncəsənət-2018” rəsm sərgi-müsabiqəsinə start veriləcək.

Münsiflər tərəfindən seçilmiş üç ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediləcəklər.

“Yaşıl sərgi” rəsm sərgi-müsabiqəsinin məqsədi müasir incəsənətdə mənzərə, natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri, təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqətini cəlb etməkdir.

Müsabiqəyə A3 və A4 formatında mənzərə və natürmort janrlarında, müxtəlif rəngkarlıq və qrafika texnikalarında işlənmiş rəsm işləri təqdim edilə bilər.

Müsabiqədə iştirak etmək istəyənlər oktyabrın beşindən gec olmayaraq rəsm işlərinin fotoşəkilini TİF, RAW və ya Cоrel Draw formatında və özləri haqqında qısa məlumatı [email protected] ünvanına göndərə bilərlər.

Bütün iştirakçılara Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksi tərəfindən sərgidə iştirak barədə sənəd təqdim ediləcək.

Sərginin açılış mərasimi 2018-ci il yanvarın 18-də saat 18:00-da keçiriləcək.

Tel: (+994)124447444 (+994) 704080108 www.asanschool.az

AzerTac

# 791 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
# # #